Accessibility links

Azərbaycanın aparıcı müxalifət partiyası İranda azərbaycanlı fəalların azadlığa buraxılmasını tələb edir


Azərbaycanın aparıcı müxalifət partiyası “Müsavat” İranda tanınmış azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Şahnaz Qulaminin həbsini pisləyib. Bu barədə Turan Agentliyi məlumat yayıb.

Xəbərdə deyilir ki, xanım Qulaminin həbsinə səbəb İran Azərbaycanda milli hüquqlar uğrunda fəal mübarizlərdən olan Qulamrza Əmaninin, qardaşları Kərim və Cəfərin ölümünə səbəb kimi müəmmalı avtomobil qəzasının İranın xüsusi xidmət orqanlarının bilərəkdən təşkil etdiyini göstərməsi olub.

“Müsavat” partiyasının Divanı (ali icra orqanı) bu günki toplantısında rəsmi Tehranın İranda yaşayan azərbaycanlılara qarşı apardığı repressiya siyasəti qəti pislənib və xanım Qulami ilə birlikdə siyasi əqidəsinə görə həbs edilmiş bütün insanların azad olunması tələb edilib.


XS
SM
MD
LG