Accessibility links

Türkiyə ilə Ermənistan arasında heç bir əlaqə yoxdur


Türkiyə-Ermənistan yol xəritəsi ilə bağlı hazırda heç bir iş görülmür. Türkiyə ilə Ermənistan arasında hazırda heç bir əlaqə yoxdur. Bu barədə Türkiyənin Azərbaycandakı səfirir Hulusi Kılıc “Amerikanın səsi” radiosuna bildirib.
Türkiyə Suriya və İsrail prezidentlərinin Azərbaycana qarşıdakı səfərlərini normal qarşılayır. “İsrail və Suriya prezidentlərinin Azərbaycana səfər etməsi normal haldır. Bu? iki ölkə arasında həyata keçirilir və Türkiyə bu səfərlərlə bağlı heç bir bir bəyanat verə bilməz”-deyə o qeyd edib.
Cənab Kılıc İrandakı seçkilərlə bağlı bildirib ki, Türkiyə xalqın iradəsinə hörmətlə yanaşır. “İrandakı seçkilərlə bağlı indiki anda Türkiyənin bəyanatı yoxdur”.


XS
SM
MD
LG