Accessibility links

Azərbaycan korrupsiyanın səviyəsinə görə dünyada 150-ci yeri tutur


Transperensi İnterşeynşl (Beynəlxalq şəffaflıq) Beynəlxalq təşkilatının illik hesabatına görə Azərbaycan korrupsiyanın səviyyəsinə görə dünyada 150-ci yeri tutur. Təşkilatın dünya ölkələrində korrupsiya vəziyyəti haqqında illik hesabatının yekunları belədir. Xəbəri «Turan» Agentliyi yayıb. Korrupsiya səviyyəsinin müəyyən edilməsi zamanı rüşvətxorluq, dövlət qulluqçularının biznesə cəlb edilməsi dərəcəsi, müstəqil məhkəmənin və pulların yuyulması ilə mübarizə üzrə qanunvericiliyin mövcudluğu, hökumətin şəffaflığı və ona vətəndaş cəmiyyəti tərəfindən nəzarətin olması nəzərə alınır. Reytinqlər iş adamları arasında aparılan sorğuların nəticələrinə və ekspertlərin qiymətləndirmələrinə əsaslanır. İnvestorlar təşkilatın nəticələrinə kifayət qədər ciddi yanaşırlar. Bu gün dərc olunmuş məruzədə korrupsiya səviyyəsi ilə kasıblıq səviyyəsi arasında açıq-aşkar qarşılıqlı əlaqə olduğu göstərilir. Güclü korrupsiyaya məruz qalmış ölkələr varlı olmur, əksinə. "Korrupsiya təhsilin, səhiyyənin və infrastrukturun ehtiyacı olan böyük vəsaitləri əhatə edir", - deyə təşkilat rəhbəri Yuqet Labell bildirib. Məruzədə deyilir ki, yalnız korrupsiyaya məğlub olmuş ölkələr ona qalib gəlməyə qadirdilər. Bu xəstəliyə qarşı ən yaxşı dərman demokratiya, müstəqil mühakimə və KİV azadlığı, bir çox ölkələrin mədəniyyətində kök salmış qohumbazlıq və yerlibazlığa qarşı mübarizədir. Lakin zəngin ölkələrin də üzərində işləməli olduğu məsələlər var. Onların korporasiyaları korrupsiyaya uğramış ölkələrin liderlərini və məmurlarını rüşvətlə yoldan çıxarırlar, xüsusilə ofşor olan maliyyə institutları isə bu liderlərə və məmurlara xalqdan oğurlanmış pulları gizlətməyə imkan verirlər. 180 ölkə arasında Ermənistan 99-cu yeri tutur və keçən illə müqayisədə bu ölkədə korrupsiya səviyyəsi dəyişməyərək, 10 ballıq sistemlə 3.0 səviyyəsində qalıb. Gürcüstanda vəziyyət yaxşılaşıb və o, 2006-cı ildə 2,8 bala qarşı 3,4 balla 79-cu yeri tutub. Azərbaycanda isə vəziyyət 2,4 baldan 2,1 bala düşməklə pisləşib. Beləliklə, Azərbaycan 2006-cı ildə tutduğu 130-cu yerdən Qazaxıstan, Tacikistan, Qırğızıstan və Belarusla birlikdə 150-ci yerə düşüb. Türkiyə 64-cü, Rusiya 143-cü yeri tutub. Keçmiş SSRİ respublikalarından Baltikayanı respublikalarda vəziyyət daha yaxşıdır, korrupsiyaya uğramamış ölkə kimi Daniya, ən çox uğramış ölkə kimi isə Somali qəbul edilib.
XS
SM
MD
LG