Accessibility links

AZƏRBAYCAN BEYNƏLXALQ TERRORİZMƏ QARŞI MÜBARİZƏDƏ SADİQDİR  


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan milli təhlükəsizlik xidmətinin yaradılmasının 87-ci ildönümü ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyi Akademiyasına dinləyiciləri qarşısında çıxış edib. Bundan öncə o, Akademiyaya döyüş bayrağını təqdim edib, Şöhrət Muzeyini və mərhum prezident Heydər Əliyevin abidəsini açıb. Milli Təhlükəsizlik naziri Eldar Mahmudov bildirib ki, təhlyükəsizlik orqanları ölkədə sabitliyin qorunmasını və işğal olunmuş ərazilərin azad edilməsini prioritet sayır. Onun sözlərinə görə, son dövrlər milli təhlükəsizlik nazirliyinin işində müsbət dəyişikliklər baş verib. Nazir təhlükəsizlik orqanlarının terror-təhqiqiat fəaliyyətinin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə mühüm nailiyyətlər əldə etdiyini deyib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda ictimai-siyasi durum çox yaxşıdır və ölkə uğurla inkişaf edir. Onun fikrincə, sabitliyin qorunmasında təhlükəsizlik orqanlarının böyük əməyi var. Dövlət başçısı Milli Təhlükəsizlik orqanlarının son dövrdəki fəaliyyətini də uğurlu və müsbət adlandırıb. Cənab Əliyev milli təhlükəsizlik orqanlarında əməliyyat, peşəkarlıq fəaliyyəti ilə yanaşı maddi-texniki bazanın möhkəmləndirilməsinə də böyük önəm verir. Prezident Azərbaycan təhlükəsizlik orqanlarının ölkədə gedən bütün proselərdən xəbərdar olduğunu bildirib. Onun fikrincə, Azərbaycanın təbii sərvətləri bu ölkəyə marağı daha da artırır və Azərbaycanın uğurlarını istəməyən qüvvələr var. Dövlət başçısı Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak etdiyini və terrordan əziyyət çəkdiyini bildirib. Prezident Azərbaycanın antiterror koalisiyasının üzvü kimi beynəlxalq terrorizmə qarşı mübarizəyə sadiq olduğunun xatırladıb. Cənab Əliyev Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi dəyişməzdir və münaqişə beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır. Dövlət başçısı Azərbaycanın danışıqlara sadiq olduğunu və Ermənistanın danışıqları uzatdığını, imtiasyia etdiyini diqqətə çatdırıb. Prezident Azərbaycanın hərbi büdcəsinin bir neçə dəfə artdığının və gələcəkdə də artırılacağını deyib. Onun dediyinə görə, ərazisi işğal olunmuş dövlətin hərbi xərcəlrini artırması təbiidir
XS
SM
MD
LG