Bakının Nizami rayon məhkəməsində "Azərsun Holdinq"in rəhbəri Abdulbari Gözəlin "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı iddiası üzrə hazırlıq iclası davam edib. İddiaçı Arifoğlunun xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsilə həbsini istəyir. İddiaya Arifoğlunun bu il martın 29-da "Kanal turk" telekanalına müsahibəsi əsas olub.
Abdulbari Gözəlin nümayəndəsi Yaşar Tahirov müdafiə etdiyi şəxsə PKK terror təşkilatını maliyələşdirmək ifadələri ilə böhtan atıldğını bildirib.
Vəkili Osman Kazımov məhkəməni qərəzli adlandırıb. Onun sözlərinə görə, iddianın qəbulu zamanı qanunun onlarla maddəsi pozulub və belə ittiham ərizəsi icraata götürülə bilməz.
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu iddianın sifarişli olduğunu deyib. Baş redaktor sifarişin məqsədinin Azərbaycanın aparıcı qəzetlərinin baş redaktorlarının həbsə atılması olduğunu bildirib. «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev həbsdədəir, indii isə növbə «Yeni Musavat» qəzetinindir.
Cənab Arfioğlu həyatı üçün təhlükə yarandığını da məhkəmə heyətinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, hazırda qoçu timsallı şəxslər məhkəmə zalına daxil olub, Baş redaktor məhkəmə zalında olan idmançı görkəmli şəxslərin şəxsiyyətinin müəyyən edilməsi barədə vəsatəti isə təmin edilməyib.