Accessibility links

Metyu Brayza: Ümidvarıq ki, radiolarla bağlı dövlətlərarası saziş yaxın vaxtlarda imzalanacaq


ABŞ Dövlət katibinin yardımçısının müavini Metyu Brayza xarici radioların yayımı və ikitərəfli münasibətlərlə bağlı aparılan danışıqlar barədə “Amerikanın səsi” radiosuna müsahibə verib.

Sual: Xarici radiolarla bağlı Azərbaycan prezidenti ilə danışıqlar aparıbsınızmı?

Cavab: Bu gün biz Dağlıq Qarabağ haqqında danışdıq, müzakirəmizdə bu məsələ idi. Prezident öz tərəfindən böyük hörmət edib, qısa zamanda bizimlə iki dəfə görüşdü. Lakin bundan öncə, prezident böyük nəzakətlə mənim üçün vaxt ayırmışdı. Həmsədrlərlə görüşdən sonra ikitərəfli münasibətlərdəki bəzi məsələləri onunla müzakirə etmək imkanı əldə etdim. Biz ikitərəfli münasibətlərdə “Amerikanın səsi”, “Azadlıq”, BBC radioları ilə bağlı müzakirə apardıq, həmçinin ümumiyyətlə mətbuat azadlığı barədə vəziyyəti, demokratiya sahəsində islahatlar məsələlərini müzakirə etdik. Görüşdən sonra mənim təəssüratım ondan ibarətdir ki, iki ölkə arasında imzalanacaq Sazişlə bağlı müzakirələr gedir. Ümidvarıq ki, dövlətlərarası Saziş yaxın vaxtlarda imzalanacaq. Çünki bu ikitərəfli münasibətlər üçün çox vacib bir məsələdir.

Sual: Son dövrlər Rusiya-Azərbaycan münasibətlərində irəliləyiş, Amerika-Azərbaycan münasibətlərində geriləmə müşahidə edilməkdədir. Çünki Rusiya ilə Azərbaycan arasında rəsmi səfərlərin sayı çoxalmaqda davam edir. Amerika ilə Azərbaycan arasında isə belə səfərlər azalıb. Buna səbəb nədir?

Cavab: ABŞ-da çox tarixi bir seçkilər keçirilib. Bizim yeni prezident komandasını formalaşdırır. ABŞ-ın xarici və daxili siyasəti ilə bağlı yeni yanaşmalar hazırlanmaqdadır. Dövlət Departamentində yüksək vəzifəli şəxslərin namizədliyinin irəli sürülməsi və təyin edilməsi ləng gedən prosesdir. Cənubi Qafqaz həm insanlarına, həm iqtisadi, həm də təhlükəsizlik məsələlərinə görə ABŞ xarici siyasətinin gündəliyində duran vacib məsələlərdəndir. Bu olduğu kimi qalacaqdır.


XS
SM
MD
LG