ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Azərbaycanda səfərdə olub.
Həmsədrlər bu gün prezident İlham Əliyevlə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bu gün həmsədrlər Ermənistana yola düşüb.
AzəriPress Agentliyinin məlumatına görə, amerikalı həmsədr Metyu Brayza Ermənistana yola düşməzdən öncə bildirib ki, Bakıda keçirdikləri görüşlərdə sülh prosesi üçün müsbət əhval-ruhiyyənin, iradənin varlığının şahidi olublar. O, prezidentlə görüşdə Azərbaycan tərəfinin ötən il dekabrın sonlarında BMT-yə təqdim etdiyi hesabat barədə də müzakirələr apardıqlarını deyib.
Fransalı həmsədr Bernar Fasye isə deyib ki,
əgər hava şəraiti imkan verərsə, İrəvandan Xankəndinə getmək niyyətindədirlər.
Həmsədrlər martın 2-də İrəvanda Ermənistanın xarici işlər naziri və
prezidenti ilə görüşəcəklərini, martın 3-də isə yenidən Bakıya dönməyi
planlaşdırdıqlarını bildirib.