Accessibility links

ATƏT-in Minsk qrupunun Fransalı həmsədri Bakıdadır


ATƏT-in Minsk qrupunun Fransalı həmsədri Bakıda səfərdədir. O bu gün prezident İlham Əliyevlə görüşüb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması barədə danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

ANS PRESS-in məlumatında isə deyilir ki. cənab Fasye jurnalistlərə bildirib ki, Qarabağ probleminin həlli üzrə danışıqlar prosesində ciddi iş gedir.

Agentliyin bəlumatına görə, fransalı həmsədein səfərindən sonra sonra Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza regiona səfər edəcək.

Fasye isə Azərbaycandan öncə Ermənistanda olub. Həmsədrin Gürcüstan və Türkiyəyə də gedəcəyi gözlənilir.

XS
SM
MD
LG