Accessibility links

Rusiya Xəzərdə operativ hərbi-dəniz qrupunun yaradılmasını istəyir 


Rusiya Müdafiə naziri Sergey İvanovun Azərbaycana səfəri davam edir. O bu gün Müdafiə naziri Səfər Əbiyevlə və prezident İlham Əliyevlə görüşüb. Azərbaycan müdaifə nazirliyi mətbuat xidmətinin məlumatına görə, Azərbaycan və Rusiya müdafiə nazirləri Rusiyanın raket hücumundan müdafiə sisteminə daxil olan Azərbaycanın Qəbələ rayonunda yerləşən Daryal RLS-in fəaliyyətilə bağlı məsələni müzakirə edib. Sergey İvanov bildirib ki, Rusiyanın icarəyə götürdüyü "Daryal" RLS-i cənub strateji hava-kosmik məkanından ballistik raketlərin izlənməsinə imkan verir. "Stansiya düzgün və fasiləsiz işləməlidir. Odur ki, bu gün biz onun işinin təminatı , dəmiryolu nəqliyyatından istifadənin təchizatının təşkili məsələlərini müzakirə edirik". Onun sözlərinə görə, danışıqlar zamanı Rusiyanın Xəzərdə "Kasfor" operativ hərbi-dəniz qrupunun yaradılması təşəbbüsü də müzakirə edilib. «Belə qrupun yaradılması Xəzəryanı dövlətlərin terrorizm təhlükəsi, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, silah və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və iqtisadi maraqlarının qorunması üçün birgə əməli tədbirlərdən biri ola bilər». RF Müdafiə Nazirliyinin ali məktəblərində Azərbaycan Silahlı Qüvvələri üçün mütəxəssislərin hazırlanması məsələsi də müzakirə olunub. «Hazırda azərbaycanlı hərbçilər Rusiyada təhsil almır, lakin bunun üçün hüquqi baza var". Cənab İvanovun sözlərinə görə, müzakirə olunan mövzulardan biri də Rusiya-Azərbaycan hökumətlərarası hərbi-texniki əməkdaşlıq komissiyasının yaradılmasıdır. "Komissiyanın Rusiya hissəsi artıq formalaşıb. Onun rəhbəri Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktor müavini Aleksandr Fomin təyin edilib. Şübhə etmirəm ki, Azərbaycan lazımi proseduru yerinə yetirdikdən sonra qısa zamanda komissiyanın ilk yığıncağı keçiriləcək" -deyə o qeyd edib. Jurnalistlərin Qarabağ münaqişəsinin nizamlanmasına dair suallarını cavablandıran İvanov deyib ki, münaqişənin hərbi yolla həlli perspektivsizdir."Bu problem siyasi-diplomatik yolla həll olunmalıdır. Hərbi yol problemin həllini daha da çətinləşdirər. Rusiya XİN rəsmi mövqeyini dəfələrlə açıqlayıb. Problem SSRİ-nin dağılmasının nəticələrindən biridir. Münaqişənin həllini yalnız Ermənistan və Azərbaycan tapmalıdır, dünya ictimaiyyəti isə bunun üçün mümkün olan hər şeyi etməlidir". Münaqişə zonasında sülhməramlı əməliyyatların keçirilməsinə gəlincə nazir bildirib ki, bu, münaqişənin diplomatik yolla nizamlanmasından sonra Rusiya silahlı qüvvələrinin mümkün iştirakı ilə baş tuta bilər. Öz növbəsində Azərbaycan Müdaifə naziri Səfəp Əbiyev deyib ki, münaqişənin nizamlanmasına dair danışıqlar müsbət nəticə verməsə, Azərbaycan ərazi bütövlüyünün bərpası üçün hər şeyi edəcək.
XS
SM
MD
LG