Accessibility links

Azərbaycan müxalifəti 2006-cı ildə hakimiyyətin total hücumlarına məruz qaldığını bildirib


Müxalifətdə olan "Azadlıq" siyasi blokunun məclisinin toplantısı olub. İclasda blokun 2007-ci il üçün fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirilib. Blokun fəaliyyətinin əsas 11 istiqaməti müəyyən edilib: - "Azadlıq" blokunun müxalifətin vahid güc mərkəzi kimi formalaşması, blokdaxili əməkdaşlığın və inteqrasiyanın genişləndirilməsi; - Digər müxalifət qüvvələri, qeyri-hökumət təşkilatları, ayrı-ayrı sosial qruplarla "Azadlıq" blokunun əlaqələrinin genişləndirilməsi və demokratiya uğrunda mübarizədə ictimai səfərbərliyə nail olmaq; - Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin həllinə nail olunması istiqamətində işin davam etdirilməsi; - Seçki qanunvericiliyinin islahatına, azad və ədalətli seçkilərin keçirilməsi üçün təminatlı qanunvericilik bazasının yaradılmasına nail olmaq; - Sərbəst toplaşmaq azadlığının real təminatı məqsədilə qanunvericiliyin dəyişdirilməsi uğrunda mübarizənin fəallaşdırılması və buna uyğun kütləvi aksiyaların keçirilməsi; - İqtidarın anarxist siyasəti nəticəsində kəskinləşmiş sosial-iqtisadi problemlərin həlli uğrunda mübarizənin aparılması; - İqtidarın insan hüquq və azadlıqlarını məhdudlaşdırmaq, azad söz və mətbuatı əzmək, kütləvi repressiyalarla cəmiyyətdə qorxu hissi yaratmaq siyasətinə qarşı geniş ictimai müqavimətin təşkil edilməsi; - Beynəlxalq Birliyin Azərbaycanda baş verən proseslərə diqqətinin artırılması, demokratik proseslərin inkişafına beynəlxalq dəstəyin gücləndirilməsi; - "Azadlıq" blokunun müxtəlif problemlərin həllinə yönəldilmiş konsepsiya, proqram və layihələrinin ictimaiyyətə təqdim edilməsi; - Gənclərin ictimai-siyasi fəallığının artırılması və blokun fəaliyyətində onların iştirakının daha da genişləndirilməsi.

AXCP sədri Əli Kərimli ötən ili iqtidarın bloka qarşı "total hücum ili" kimi xarakterizə edib. "2006-cı ili blok repressiya şəraitində başa vurub. 2005-ci il parlament seçkilərindən sonra blokun üzvləri həbs olunub, "Azadlıq" qəzetinin binası əlindən alınıb". Onun fikrincə, hökumətin total hücumları nəticə verməyib. "Maddi, fiziki, kəmiyyət itigiləri olsa da, blok öz prinsiplərindən geri çəkilmədi, mövqeyindən dönmədi və zəifləmədi", - deyə Kərimli qeyd edib. Ə.Kərimli hesab edir ki, Əliyevlər hakimiyyətinə qarşı indiki qədər xalqın narazılığı olmayıb. "Artıq ölkədəki bütün təbəqələr iqtidardan narazıdır. Bu rejim nəinki xalqın haqqını yeyir, hətta özünü quranları, yəni bir-birini yeyir". O, 2007-ci ili "seçki zəmini ili" adlandırıb.

XS
SM
MD
LG