Accessibility links

NATO baş katbibinin müavini Azərbaycan-NATO əməkdaşlığından məmnundur


NATO Baş katibinin müavini və Cənubi Qafqazvə Orta Asiya ölkələri üzrə xüsusi nümayəndə Robert Simons Azərbaycanda səfrdədəir. O səfər çərçivəsində prezident İlham Əliev, xarici işlər, milli təhlükəsizlik, müdafiə nazirləri ilə görüşüb. Görüşlərdə Azərbaycan ilə NATO arasında “Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsəlləəri ətrafında müzakirələr aparılıb. Cənab Simons bu gün keçirdiyi mətbuat konfransında səfərinin yekunlarından razıı qaldığını bildirib. O, «Fərdi tərəfdaşlığın fəaliyyət planı»nın həyata keçirilmə vəziyyəti ilə bağlı icmal da hazırlayacaq. «Fərdi tərəfdaşlığın fəaliyyət planı» əsasən Azərbaycanda demokratiya, qanuvericilik, xüsusən hərbi sahədə islahatları nəzərdə tutur. Məni Müdafiə nazirinin hərbi sahədə islahtlar proqramını bütövlükdə qəbul etsməsi barədə bəyanatı xüsusilə sevindirdi. Əlbəttə hələ çox işlər görülməlidir. Proqramın əlaqələndirilməsi sahəsində planlar tərtib edilməlidir. Xüsusilə terrorizmə, risklərə qarşı mübarizə enerji təhlükəsizliyi sahəsində təhlükələr və risklərlə bağlı dəqiq proqramlar hazırlanmalıdır. Eyni zamanda, səfər zamanı bütün Qafqazda və Xəzər regionunda Avropa ilə əməkdaşlıq və qarşımızda duran ümumi təhlükələr və risklərlə bağlı Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə məsləhətləşmələr apardıq. Nəhayət biz noyabrın 8-də Azərbaycan prezidentini Brüseldə səbrilsizliklə gözləyirik ki, NATO baş katibi, üzv dövlətlər və müttəfiqlərlə birgə regionun təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr aparaq». Baş katibin müavini Rusiya Gürcüstan münasibətləri və Gürcüstanın NATO-ya üzv qəbul edilməsi reallığı ilə bağlı çoxsaylı sualara da cavab verib. Onun sözlərinə görə, iki həftə öncə NATO Gürcüstanla birbaşa dialoqun intensivləşdirilməsinə dəvətlə bağlı qərar qəbul edib. Biz bu prosesə yaxın zamanda başlayacağıq. Bu dialoq Gürcüstanın NAİO-ya üzvülüyü üçün konkret vaxt müəyyən etmir, üzvülüyə qəbul planını müəyyən edir və sonra üzvülük məsələsini NATO-ya üzv dövlətlər həll edir». Onun sözlərinə görə, NATO-nun 1999-cu il İstanbul Samitində Rusiya hərbi bazalarının 2008-ci ilədək Gürcüstandan çıxarılması ilə bağlı iki dövlət Saziş imzalayıb. «NATO Rusiyanın hərbi bazalarının Gürcüstandan çıxarılmasını dəstəkləyir. NATO həmçinin Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və regiondakı münaqişələrin sülh yolu niazmalanmasına tərəfdardır»-deyə o qeyd edib.
XS
SM
MD
LG