Accessibility links

Azərbaycan Dövlət Neft Fondunun 2007-ci il büdcəsi 1.555.739,6 min manat təşkil edir


Azərbaycan prezidenti İlham Əliyev Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb. Sənədə görə, Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin gəlirləri 1 555 739,6 min manat, xərcləri 977 066,9 min manat məbləğində təsdiq edilib.

Neft Fondunun 2007-ci il büdcəsinin gəlirləri- Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 1 milyard 429 milyon 724 min 200 manat, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 5 milyon 561 min 600 manat, neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 14 milyon 620 min manat, neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar 17 milyon 200 min manat, digər gəlirlər və daxilolmalar 200 min manat, fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 55 milyon 67 min 400 manat, Azərbaycanda istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə ölkədaxili topdan satış qiyməti arasındakı fərqdən ödənişlər 33 milyon 366 min 400 manat təşkil edəcək.

Prezident eyni zamanda Dövlət Neft Fondunun 2007-ci il büdcəsindən qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə 124 milyon 161 min manat, Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinə transfertə 585 milyon manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsinə 183 milyon 620 min manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 76 milyon 900 min manat, Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə isə 7 milyon 385 min 900 manat yönəldib..

XS
SM
MD
LG