Accessibility links

Azərbaycan Gürcüstanda yeni 30 benzindoldurma məntəqəsi açır


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2009-cu ildə Gürcüstanda daha 30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Bununla da ARDNŞ-in Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin ümumi sayı 60-a çatacaq. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, bu ilin avqustunda ARDNŞ Gürcüstanın Poti şəhərində bir yanacaqdoldurma məntəqəsi açıb, yaxın vaxtlarda isə Kutaisi şəhərində və Gürcüstanın digər əyalət mərkəzlərində yanacaqdoldurma məntəqələrinin istifadəyə verilməsi nəzərdə tutulur.
ARDNŞ cari ilin aprelində Gürcüstanın Rustavi şəhərində SOCAR brendli yanacaqdoldurma məntəqələri şəbəkəsinə daxil olan ilk kompleksi istifadəyə verib. Şirkətin törəmə müəssisəsi olan “SOCAR Energy-Georgia” MMC isə indiyədək Gürcüstan iqtisadiyyatına 400 milyon ABŞ dollarından çox sərmayə qoyub.

XS
SM
MD
LG