Accessibility links

Azərbaycan Ordusunun birləşmə və hərbi hissələrinin təşkilat-ştat strukturu NATO standartlarına uyğunlaşdırılıb


Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlığın Fəaliyyət Planına (IPAP) uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri intensiv yerinə yetirir. Bu barədə Azərbaycan müdafiə naziri Səfər Əbiyev Silahlı Qüvvələr Günü münasibətilə keçirilən təntənəli mərasimdə bildirib. «Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyası qəbul edib, Hərbi Doktrina layihəsinin hazırlanması başa çatmaq üzrədir. Milli ordunun birləşmə və hərbi hissələrinin təşkilat-ştat strukturu NATO standartlarına uyğunlaşdırılıb»- deyə o qeyd edib. Hərbi təhsil sitemində islahatların davamı olaraq, Çavuş Hazırlığı Məktəbi, Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzi, Stimulyasiya Mərkəzi kompüterləşdirilib və lazer sistemli poliqonlar yaradılıb. Müdaifə nazirinin sözlərinə görə, Hərbi Dəniz Qüvvələrinin gəmiləri və hərbi aerodromlar müasir standartlara uyğun təkmilləşdirilir. «NATO qüvvələri ilə uyarlığın təmin edilməsi məqsədilə 1 mobil tabur və 1 bölük yaradılmıb». Hazırda Azərbaycanın dünyanın 50-yə yaxın ölkəsilə hərbi sahədə əlaqələri mövcuddur. NATO-nun 9 ölkəsi ilə 90 müqavilə imzalanıb. 23 ölkə ilə anoloji sənədlərin imzalanması haqqında danışıqlar aparılır. Azərbaycan zabitləri NATO qərargahlarında xidmət edir. Azərbaycan sülhməramlı qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda beynəlxalq əməliyyatlarda iştirak edir. Qarabağ münaqişəsinə toxunan cənab Əbiyev Ermənistanı zəbt etdikləri əraziləri azad etməyə çağırıb. «Əks halda Azərbaycan xalqı və Azərbaycanın Silahlı Qüvvələri özləri o əraziləri azad edəcək. Azərbaycan Silahlı Qüvvələri buna qadirdir".
XS
SM
MD
LG