Accessibility links

Azərbaycan xarici işlər nazirinin müavini Qəbələ RLS və Ermənistan-Azərbaycan münaqişəsindən danışıb


2012-ci ildə - Qəbələ RLS-in Rusiya tərəfindən icarəyə götürülməsinin vaxtı başa çatdıqdan sonra müxtəlif variantlar mümkündür. Bunlar Moskvanın obyektin istifadəsindən imtina etməsi ilə stansiyanın fəaliyyətinin dayandırılması, icarə müddətinin uzadılması və ya RLS-in Rusiya və ABŞ tərəfindən birgə istifadəsidir. Dünən Qəbələ RLS-ə Azərbaycan, ABŞ və Rusya ekspertlərinin birgə baxışından sonra bu bəyantla bu günki brifinqdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edib. Qəbələ RLS-də Amerika-Rusiya əməkdaşlığının perspektivini şərh edən nazir müavini deyib ki, Azərbaycan öz təhlükəsizlik maraqları nöqteyi-nəzərdən çıxış edir. Cənab Əzimov ATƏT-in Minsk Qrupunun regiona dünən başa çatan səfəri ilə bağlı da fikirlərini açıqlayıb. Onun sözlərinə görə, hazırki anda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə zəmin yaranmayıb. Nazir müavini deyib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağlı səylərinin davam etdirilməsi Azərbaycanın maraqlarına uyğundur. «Biz həmsədrlərin fəaliyyətini dəstəkləyirik. Üç il ərzində həyata keçirilmiş müzakirələr nəticəsində Praqa prosesi əsasında qurulmuş təkliflər, verilmiş ideyalar, razılaşdırılmış və ya razılaşdırılmamış yanaşmalar münaqişənin həlli üçün əsas yaradır». O eyni zamanda Ermənistanın indiki rəhbərliyi tərəfindən münaqişənin nizamlanmasında dönüşün əldə edilməsinin mümkünlüyünə inanmır və bu ölkədə prezident seçkilərindən sonra isə yeni situasiyanın yaranacağını düşünür. Cənab Əzimov güman edir ki, həmsədrlər regiona səfər etməkdə davam edəcək. "Ümid edirik ki, Minsk Qrupunun həmsədrləri Praqa görüşlərinin nəticələrinin, elementlərinin möhkəmləndirilməsi və irəli aparmaq üçün konkret məsləhətləşmələr aparacaq. Növbəti görüşün nə vaxt keçirilməsinə dair isə hələ nə rəsmi razılıq, nə də etiraz qeydə alınmayıb". Nazir müavini münaqişə ilə bağlı məsələnin BMT-də müzakirəsini də dəstəkləyir. "BMT-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövcud olan dörd qətnaməsi Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyır. Başqa bir tərəfdən məsələyə yenidən BMT Baş Assambleyasında baxılması problemin siyasi əhəmiyyətinin artırılmasına imkan yaradır. BMT-nin Baş Assambleyasının 61-ci sessiyasında artıq həm Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyət, həm də GUAM-ın dondurulmuş münaqişələrlə bağlı təşəbbüsünə dair məsələlərin 62-ci sessiyanın gündəliyinə keçirilməsi barədə qərar qəbul edilib. Bu qərarlara həmsədr ölkələr də müsbət mövqeyini bildirib". Cənab Əzimov Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin Azərbaycana gəlməsinin və Azərbaycan ictimaiyyətinin nümayəndələrinin Dağlıq Qarabağa getməsinin böyük əhəmiyyətə malik olduğunu düşünür. "Azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdır və qayıdacaq. Bunu inkişaf etdirən hər bir addım müsbət qarşılanmalıdır». O, Dağlıq Qrabağın erməni və azərbaycanlı icmasının danışıqların onlara aid hissəsinə qatılacağını istisna etməyib. «Minsk Qrupu çərçivəsində mövcud formatda müzakirələrdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının iştirakı həm mümkündür, həm də məqbul olar. Müzakirələr icmalarla bağlı mərhələyə daxil olanda Azərbaycan həm erməni, həm də azərbaycanlı icmasının iştirakına icazə verəcək".
XS
SM
MD
LG