Accessibility links

Azərbaycanda redaktorun həbsinə etirazların sayı artır


Milli Məclisin 13 deputatı baş prokuror Zakir Qaralovun ünvanına "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahidin barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsi xahişi ilə müraciət imzalayıb. Müraciətdə cənab Zahidin himayəsində 4 azyaşlı uşaq və məhkum qardaşı satirik-yazar Mirzə Sakitin 5 uşağı olduğu bildirilir. . Bundan başqa, deputatlar redaktorun yetərincə tanınmış insan olduğuna, ittihamların cəmiyyət üçün çox az təhlükəli olduğuna da diqqət çəkir. Rəsmi «Azərbaycan» qəzetinin redaktoru Bəxtiyar Sadıqov isə son zamanlar jurnalistlərin həbsində kampaniyaçılıq görmür. Qeyd edək ki, son dövrlər 9 jurnalist həbs edilib və beynəlxalq təşkilatlar Azərbaycanda azad mətbuata qarşı kampaniya başlandığını bəyan edib. "Biz müxalif jurnalistlərin ağzını bağlamaq üçün saxta ittihamlardan istifadə edən Azərbaycan hakimiyyətinin hərəkətlərindən hiddətlənmişik", - bu barədə Mərəkzəi Qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon bildirib. "Son ayda Azərbaycanda üç jurnalist həbs olunub. Qənimət Zahidov bu günə qədər həbs edilmiş jurnalistlər sırasında doqquzuncu oldu. Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri arasında həbs edilmiş jurnalistlərin sayına görə lider olaraq qalır", - deyə o qeyd edib.
XS
SM
MD
LG