Accessibility links

Azərbaycanda seçkiqabağı təşviqat başladı


İqtidarda olan “Yeni Azərbaycan” partiyası prezidentliyə namizəd İlham Əliyevin dəstəklənməsi məqsədilə Bakıda seçkiqabağı təşviqat mitinqi keçirib. Minlərlə insanın iştirak etdiyi mitinq “İlhamla irəli” şüarı altında olub. “Yeni Azərbaycan” partiyasının sədr müavini Əli ƏIhmədov bildirib ki, İlham Əliyev daha 5 il müddətinə prezident seçiləcək və ölkəni uğurla irəli aparacaq. O “Amerikanın səsi” radiosunun sualının cavabında aparılan sorğuların nəticələrinə istinad edərək İlham Əliyevin seçkilərdə 80 faiz səs alacağına inandığını deyib. Cənab Əhmədov müxalifəti də tənqid edib. Onun fikrincə, müxalifət hazırda YAP-ın mitinq keçirdiyi meydanda kütləvi tədbirlər keçirməyib. “Çünki onların gücü yoxdur və bu səbəbdən də meydansız qalıblar”. Cənab Əhmədov müxalifət partiyalarının seçkini boykot çağırışlarının güclərinə adekvat olmadığını deyib. Onun fikrincə, müxalifətin seçkini boykot etmək imkanı yoxdur. Öz növbəsində, müxalifət seçkiləri boykotun artıq bəhrəsini verdiyini deyir. “Müsavat” partiyasının başqanı İsa Qəmbər müxalifətin iştirakı olmadan keçiriləcək seçkini məzhəkə adlandırıb. Cənab Qəmbər İlham Əliyevin qalib gələcəyi ilə bağlı bəyanatları da real saymır. Onun fikrincə, iqtidar tək meydanları deyil bütöv Azərbaycanı “işğal” edib.

XS
SM
MD
LG