Accessibility links

ABŞ Dövlət Katibinin terrorizm məsələləri üzrə rəsmisi Bakıda danışıqlar aparır


ABŞ Dövlət Katibinin terrorizm məsələləri üzrə köməkçisinin müavini Frenk Urbançikin Bakıya səfəri davam edir. O bu gün Azərbaycan Xarici işlər Nazirinin müavini Araz Əzimovla görüşüb Azərbaycan xarici işlər nazirliyi mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycanın terrora qarşı mübarizədə beynəlxalq əməkdaşlığa verdiyi töhfə və xüsusilə də ABŞ-ın apardığı anti-terror əməliyyatlarında iştirakı yüksək qiymətləndirilib. Bu sahədə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd edilib. Cənab Əzimov terrorizmlə mübarizədə beynəlxalq cəmiyyətin birgə səylərinin vacibliyini qeyd edib, terror qruplarının bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərdiyini bildirib. Nazir müavini hər bir terror qrupunun bütövlükdə beynəlxalq cəmiyyət üçün təhdid yaratdığını, terrorçuluğa qarşı birgə mübarizənin vacibliyini vurğulayıb. “Erməni terroruna məruz qalan ölkə kimi, bu əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Terror separatizm və ekstremizmlə əlaqəlidir. Mütəşəkkil cinayətkarlığın çiçəklənməsinə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, silah və insan alveri, çirkli pulların yuyulması kimi cinayət hallarının artmasına səbəb olur. Bütün bu hallar birgə əməkdaşlığı zəruri edir. Bu baxımdan, Azərbaycanın həm də beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT, NATO daxilində də bütün səylərini bu mübarizəyə yönəldir”.
XS
SM
MD
LG