Accessibility links

Azərbaycanda bir hərbi hissədə qidadan kütləvi zəhərlənmə olub


Mayın 26-da axşam Azərbaycan Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzində şam yeməyindən sonra hərbçilərin kütləvi zəhərlənməsi olub.
Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlim mərkəzindən Hərbi Klinik Hospitala 164 əsgər müayinə üçün gətirilib. “Hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıblar. 6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb edilib. Vəziyyətləri kafidir. Həmin xəstələrdən bakteroloji və labarator nümunələr götürülüb. Üç gün ərzində müayinənin nəticələri bilinəcək”.
Hərbi qulluqçularının kütləvi qida zəhərlənməsi faktı ilə əlaqədar Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Respublika Baş Prokurorluğunun mətbuat xidməti bildirir ki, cinayət işi üzrə məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin olunmaqla ilkin istintaq hərəkətləri aparılır.


XS
SM
MD
LG