Accessibility links

Cek Strou :"İrana qarşı hərbi əməliyytat nəzərdə tutulmur"


İranın nüvə proqramı məsələsi digər ölçülər səmərəsiz olduğu təqdirdə yaxın zamanda BMT-nin Təhlükəsizlik Şurasında qaldırla bilər. Bu, Britaniyanın xarici işlər naziri Cek Strounun mövqeyidir. Bu gün müxtəlif variantları nəzərdən keçirən nazir İrana qarşı hərbi əməliyyatların müzakirə edilmədiyini bildirib. Böyük Britaniyanın xarici işlər naziri Cek Strounun bildirdiyinə görə, beynəlxalq ictimaiyyət İranla qarşıdurmaya dərrakə və səbrlə yanaşmalıdır. BBC radiosuna müsahibə verən nazir aparıcı ölkələrlə təcili yığıncaq keçiriləcəyini bildirmişdir. “Biz ABŞ, Rusiya Çin və ittifaqımıza üzv olmayan Braziliya və Hindistan daxil edilməklə, aparıcı partnyorlarımızla təcili məsləhətləşmələr keçirməliyik. Biz Beynəlxalq Atom Enerjisi Agentliyinin direktorlar heyətinin təcili yığınacağına çağırırıq. Təcili yığıncaqlarda Təhlükəszlik Şurasına təqdim edəcəyimiz təklifləri müzakiər etməliyik”-deyə nazir bildirmişdir. Lakin Cek Strou demişdir ki, Təhlükəslzik Şurasında məsələnin qaldırılması birbaşa sanksiya demək deyil. Britaniyanın baş naziri İrana qarşı hərbi əməliyyatların bu mərhələdə nəzərdən keçirilmədiyini demişdir. Gələcək ölçülərin nə olacağından asılı olmayaraq, İran Təhlükəszilik Şurasında məsələ müzakirəyə qoyulduğu təqdirdə, bütün beynəlxlaq müfəttişlərin yoxlanışını dayandıracağı ilə hədə-qorxu gəlir.
XS
SM
MD
LG