Accessibility links

Ağ ciyər xərçənginin əsas səbəblərindən biri siqaretdir


Ağ ciyər xərçənginin əsas səbəblərindən biri siqaretdir
Ağ ciyər xərçənginin əsas səbəblərindən biri siqaretdir

CT-Scan adlanan rentgen etməklə, ağ ciyər xərçənginin qarşısını 20 faiz almaq olar

Dünyada ən çox ölümələ nəticələnən ağ ciyər xərçənginin əsas səbəblərindən biri siqaretdir. Ağ ciyər xərçənginə tutulmuş xəstələrdən demək olar ki, heç biri sağalmır. Hər il siqaret üzündən bu xəstəliyə tutularaq ölən 5 milyon insanın çoxu inkişaf etməkdə olan ölkələrdəndir.

Ağ ciyər xərçənginin ilk mərhələsini müəyyən etmək çətin olduğu üçün bu xəstəlik səbəbindən ölənlərin sayı çoxdur. Lakin Xərçənc Xəstəlikləri Milli İnstitutunun sponsorluğu altında aparılan araşdırmalarda deyilir ki, CT-Scan adlanan rentgen etməklə, ağ ciyər xərçənginin qarşısını 20 faiz almaq olar. CT-Skan ağ ciyərlərin üç dimensional imicini yaratmaqla, adi rentgendən daha müfəssəl təsəvvür yaradır və şişi hələ kiçik olarkən müəyyən etməyə imkan verir.

Vaşinqtondakı Corctaun Lombardi Xərçəng Mərkəzindən xərçəng xəstəlikləri üzrə mütəxəssis, doktor Klaudin İsaaks:

“Mən buna çox nikbin əhval-ruhiyyə ilə yanaşılmalı olduğunu düşünürəm. Bu güclü nəzarət altında, böyük, hətta məhkəmə qərarları ilə aparılan işdir. Bu araşdırmalarda 53 000 insan iştirak edib ki, onlardan bəziləri adi rentgendən, başqaları isə CT-Skandan keçirilib.”

Corctaun Lombardi Xərçəng Mərkəzinin apardığı araşdırmalarda Birləşmiuş Ştatların 31 bölgəsindən, keçmişdə və hal-hazırda çox siqaret çəkən orta və yaşlı 18 000 qadın və kişi iştirak edib ki, onlar 3 il CT-Scandan keçiriliblər. Həmin insanların ağ ciyər xərçənginə tutula biləcəklərini müəyyən etmək üçün onlar 5 il nəzarət altında olublar. Doktor İsaaks deyir ki, əgər CT skan normaya çevrilsə onda çox sayda həyat xilas edilə bilər. Doktor İsaaksın fikrincə mükündür ki, hər il insanlara az dozalı CT-Skandan keçmək tövsiyə edilsin. Lakin CT-Skan bahalıdır və Birləşmiş Ştatlarda səhiyyə sığortası bunun pulunu ödəmir. İnkişaf etməkdə olan ölkələrdə bu məbləğ daha yüksək ola bilər.

Digər narahatlıq mənbəyi radiasiyadır. Hətta aşağı dozada CT-Skan normal rentgendən 15 dəfə çox şüa ötürür. Doktor İsaaks deyir ki, CT-Skanlar ağ ciyərlərdə qeyri-xərçəng xassəli anormallıqlar aşkar edə bilər ki, bunlar lüzumsuz cərrahiyyə əməliyyatlarına gətirib çıxara bilər.O deyir ki, 25 faiz hallarda CT skanlar dəqiq olmur.

Doktor İssaks araşdırmaların insanların siqaret çəkməyi dayandırmalarına yardım edəcəyinə ümid etdiyini deyir.

XS
SM
MD
LG