Accessibility links

Ağ Evin pəncərəsi və divarında güllə aşkar edilib (Yenilənib)


Ağ Evin pəncərəsi və divarında güllə aşkar edilib (Yenilənib)
Ağ Evin pəncərəsi və divarında güllə aşkar edilib (Yenilənib)

ABŞ Xüsusi Xidmət Orqanı bildirir ki, Ağ Evin şüşəsinə naməlum güllə atılsa da, gülləkeçirməz şüşə onun içəri daxil olmasına imkan verməyib.

ABŞ prezidenti və başqa ali rəsmiləri qoruyan Xüsusi Xidmət Orqanı keçən həftənin cümə günü odlu silahdan atılan atəş barədə məlumat alandan sonra təhqiqata başlayıb. Daha sonra binanın divarından başqa bir güllə də aşkarlanıb.

Polis hadisə ilə bağlı 21 yaşlı Ortega-Hernandez adlı şəxsi ələ keçirib. İspan mənşəli bu şəxs üç dəfə həbsdə olub. Onun boynunda İsrail yazılmış tatu var. Noyabrın 11-i Ağ Evə atəş açılarkən Bark Obama Kaliforniyada olub.

XS
SM
MD
LG