Accessibility links

ABŞ Çin hakerlərini COVID-19 tədqiqatını hədəf almaqda günahlandırır


Çərşənbə axşamı Ədliyyə Departamenti iki çinli hakeri dünya boyu şirkətlərdən yüz milyonlarla dollarlıq ticarət sirrlərini oğurlamaqda və son zamanlarda koronavirusa qarşı peyvənd inkişaf etdirən şirkətləri hədəf almaqda günahlandırıb.

Rəsmilərin mətbuat konfransında müzakirə edəcəyi gözlənilən iddianamədə deyilir ki, hakerlər son aylar peyvənd və müalicə üsullarının hazırlanması sahəsində fəaliyyət göstərən şirkətlərin kompüter şəbəkələrindəki zəiflikləri araşdırıb.

İttihamnamədə təkcə onların özləri deyil, federal prokurorların bildirdiyi kimi, eyni zamanda Çin hökuməti üçün maraqlı və dəyərli ola bilən məlumatları oğurlayan hakerlərə qarşı ticarət sirrlərinin oğurlanması və fırıldaqçılarla əlbir olmaq ittihamları da daxildir.

ABŞ və Qərb ölkələrinin kəşfiyyat agentliklərinin aylar boyu bu səylər barədə xəbərdarlıq etməsinə baxmayaraq, bu, koronavirusla əlaqədar elmi yenilikləri hədəf alması ilə bağlı xarici hakerlərə qarşı ilk belə ittihamlardır. Məsələn, ötən həftə ABŞ, Kanada və Britaniya rəsmiləri Rusiya kəşfiyyatı ilə əlaqəli bir haker qrupunu xəstəliyə dair araşdırmaları hədəf alması ilə bağlı ittiham edib.

"Rusiya, İran və Şimali Koreya ilə birlikdə Çin hazırda Kommunist Partiyasının COVID-19 tədqiqatları da daxil olmaqla, ABŞ-ın və Çinə məxsus olmayan şirkətlərin əqli mülkiyyətini ələ keçirmək kimi tələbatını təmin etmək üçün dövlətin xeyrinə çalışması qarşılığında kiber cinayətkarlar üçün sığınacaq verən dövlətlərin bu məkrli klubunda yer alıb" - deyə, Prokurorun yardımçısı Con Demers açıqlamasında bildirib.

İttiham aktında hakerlərin şirkətləri ələ keçirməyə çalışmasına baxmayaraq, COVID-19 ilə bağlı hər hansı bir tədqiqatın uğurla əldə etdiyi barədə heç bir məlumat verilməyib.

Lakin prokurorlar təqsirləndirilən şəxslərin yanvar ayında potensial peyvənd araşdırdığı məlum olan Massaçusets biotexnoloji şirkərin kompüter şəbəkəsində kəşfiyyat apardıqlarını və oxşar elmi iş apardığı bildirildikdən bir həftədən az bir müddətdə Merilenddəki şirkətin şəbəkəsində zəiflikləri axtardıqlarını bildirib.

İş bu ayın əvvəlində Vaşinqton ştatındakı federal məhkəməyə təqdim edilib və çərşənbə axşamı məhkəmə prosesi başlayıb.

Şərhlərə bax

XS
SM
MD
LG