Accessibility links

ABŞ-ın Çindəki səfirliyin qarşısında partlayış


Polis hadisə ilə bağlı təhqiqat aparır

Pekin polisinin verdiyi məlumata görə, cümə axşamı Pekində ABŞ səfirliyi qarşısında əldəqayırma qumbaranın partlaması nəticəsində bir nəfər əl xəsarətləri alıb.

Polis bildirir ki, Çinin Daxili Monqol reqionundan olan 26 yaşlı şəxs qumbaranı fişənqlərdən hazırlayıb.

Hadisə viza üçün müraciət edənlərin səfirliyə müsahibə üçün keçməyi gözlədikləri ərazinin yaxınlığında baş verib.

Partlayışdan sonra sosial şəbəkələrdə paylaşılan şəkillər Çinin paytaxtında yerləşən diplomatik kompleksin ətrafında böyük bir duman buludunun olduğunu göstərir.

Polis hadisə ilə bağlı təhqiqat aparır.

Dövlət qəzeti “Qlobal Times”-in verdiyi məlumata görə, daha əvvəl polis ABŞ səfirliyinin qarşısında üzərinə benzin tökərək özünü yandırmağa cəhd edən qadını saxlamışdı.

Bu iki hadisənin əlaqəli olub-olmadığı aydın deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG