Accessibility links

ABŞ-ın başçılıq etdiyi koalisiya mülki vətəndaşlar arasında tələfatları açıqlayıb


ABŞ-ın başçılıq etdiyi koalisiya İŞİD-ə qarşı keçirilən hava hücumları nəticərinsə 2014-cü ildən İraq və Suriyada mindən çox mülki vətəndaşın öldürldüyünü bildirib.

Koalisiyanın tələfatlarla bağlı açıqladığı aylıq hesabatda 2014-cü ilin avqust ayında “Sarsılmaz qətiyyət əməliyyatı”nın başladığı vaxtdan 2018-ci ilin noyabr ayına qədər müddətdə 1139 mülki vətəndaşın öldüyünü təsdiq edib.

“Koalisiya 2014-cü ilin avqustundan 2018-ci ilin noyabrına qədər 31 min 406 hava hücumu keçirib. Bu müddət ərzində əldə olunmuş məlumata əsasən, “Sarsılmaz qətiyyət əməliyyatı”nın başlamasından bəri 1139 mülki vətəndaşın koalisiyanın hava hücumları zamanı təsadüfi olaraq öldürüldüyü təxmin edilir” – deyə, beynəlxalq koalisiyanın bəyanatında bildirilir. Hesabatda həmçinin həmin müddət ərzində təxminən səkkiz milyon iraqlı və suriyalının İŞİD-dən azad olunduğu qeyd edilir.

Mülki vətəndaşlar arasında təsadüfi ölüm hallarına dair 184 məlumat hələ tam dəyərləndirilməyib.

Koalisiya iyul ayında 2014-cü ildən bəri 1059 mülki vətənşdaşın öldüyünü açıqlamışdı. Bu açıqlama hüquq müdafiə təşkilatlarının vətəndaşlar arasında ölüm halları ilə bağlı bütün rəqəmlərin göstərilməsi tələbləri fonunda verilmişdi. Hüquq müdafiə təşkilatları koalisiyanı İslam Dövləti qrupuna qarşı mübarizə aparılan illərdə mülki vətəndaşlar arasında ölüm hallarının sayı ilə bağlı kiçildilmiş rəqəmlər göstərməkdə ittiham edirdi.

Bazar günü açıqlanmış hesabatda son altı ay da daxil olmaqla, təsdiq edilmiş ölüm halları ilə bağlı rəqəmlər əksini tapıb.

Regional qüvvələrin prezident Donald Trampın gözlənilmədən elan etdiyi kimi ABŞ hərbi qüvvələrinin Suriyadan çıxmasını gözlədiyi bir vaxt Birləşmiş Ştatların hərbi rəsmiləri yerlərdə vəziyyətin hələ dəyişmədiyini bildirir.

ABŞ cümə günü Suriya hərbi qüvvələrinin Birləşmiş Ştatlarla Suriya kürdlərinə dəstəklə əlaqədar Türkiyə arasında əsas mübahisələrdən birinin mənbəyi olan Mənbic şəhərinin nəzarətini ələ aldığı ilə bağlı iddiaları rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG