Accessibility links

ABŞ-ın başçılıq etdiyi koalisiya şənbə günü Bağdad yaxınlığında hava zərbəsi endirdiyini inkar edir


İslam Dövləti qrupuna qarşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi koalisiya şənbə günü Bağdadın şimalında Taci Düşərgəsi yaxınlığında hava hücumları keçirdiyini inkar edib.

İraq ordusu da həmçinin şənbə günü Tacidə tibbi karvana hava zərbəsi endirildiyini inkar edib.

Bundan bir az öncə isə yarı-hərbi dəstələrdən ibarət İraqın Xalq Səfərbərlik Qüvvələri (XSQ) şənbə günü Taci düşərgəsi yaxınlığında hava zərbələrinin altı nəfəri öldürdüyünün, üç nəfəri ağır yaraladığını bildirib. İraqın dövlət televiziyası hava zərbələrini ABŞ-ın endirdiyini bildirib.

Sözçü isə Twitter səhifəsində “FAKT: koalisiya son günlərdə Taci Düşərgəsi yaxınlığında (Bağdadın şimalında) hava hücumları həyata keçirməyib” yazıb.

XSQ bildirib ki, bəzi media orqanlarında bildirildiyi kimi, hücum nəticəsində yüksək əsviyyəlri liderləri deyil, həkimləri daşıyan karvan vurulub. Lakin qrup daha sonra başqa bəyanat yayaraq, Tacidə həkimlərdən ibarət karvanın hədəf alınmadığını bildirib.

ABŞ-ın cümə günü Baqdad hava limanı yaxınlığına hava zərbəsi İran ən görkəmli ordu komandiri və İranın Yaxın Şərqdə nüfuzunun artmasına səbəb olan Qasim Süleymaninin və İraqın Xalq Səfərbərlik Qüvvələrinin lideri Əbu Mehdu ən Mühəndisin ölümü ilə nəticələnib.

ABŞ prezidenti Donald Trampın göstərişi ilə endirilən hava zərbəsi Yaxın ŞƏrqdə İranla ABŞ və Amerikanın müttəfiqləri, xüsusən də İsrail və Səudiyyə Ərəbistanı arasında gedən “kölgə müharibəsi”ndə gərginliyin artmasına səbəb ola bilər.

XSQ Bağdanın Yaşıl Zonasından başlayaraq, Kərbəla şəhərinə daha sonra isə Nəcəf şəhərinə doğru yürüş keçirərək, hava zərbəsi nəticəsində ölən liderlər və digərləri üçün yas mərasimi keçirəcək.

Şənbə səhər mərasimdən öncə Bağdadda minlərlə insan toplaşıb. Onların bəzirləri İraqın və yarı-hərbi dəstələrin bayraqlarını dalğalandırıb.

XS
SM
MD
LG