Accessibility links

ABŞ-ın birinci xanımı bu ay Çinə səfər edəcək


ABŞ-ın birinci xanımı Mişel Obama
ABŞ-ın birinci xanımı Mişel Obama
ABŞ-ın birinci xanımı Mişel Obama bu ay Çinə səfər edəcək. Asiyanın ən qüdrətli ölkəsinə ilk səfəri zamanı xanım Obama Çin məktəblərinin yuxarı sinif şagirdləri və universitet tələbələri ilə görüşəcək.

Prezident Barak Obamanın xanımı Pekinə martın 19-da səfər edəcək və bir neçə gün Çin paytaxtında olacaq. O, səfər zamanı Çinin mərkəzi bölgəsində yerləşən Sian və ölkənin cənub-qərbindəki Çenqdu şəhərlərini ziyarət edəcək.

ABŞ-ın birinci xanımı Mişel Obamanın Çinə səfəri zamanı Çin prezidenti Tsi Tsinpinqin xanımı Penq Liyuanla görüşü gözlənilir.

Ağ Evin veb səhifəsində yerləşdirilmiş məlumatda xanım Obamanın Çinə ilk səfəri zamanı əsas diqqəti hər iki ölkədə gənclərin həyatında təhsilin rolu və əhəmiyyəti məsələsinə yönəldəcəyi bildirilir.

ABŞ-ın birinci xanımını səfər zamanı Obamaların iki qızı, 15 yaşlı Malia və 12 yaşlı Saşa, eləcə də Mişel Obamanın anası Marian Robinson müşayiət edəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG