Accessibility links

"ABŞ-ın dəniz piyadası veteranı iyul ayından İranda həbsdə saxlanılır"


"The New York Times" qəzetinin yazdığına görə, ABŞ-ın dəniz piyadası veteranı iyul ayından İranda həbsdə saxlanılır.

46 yaşlı Maykl R. Uaytın Kaliforniyada yaşayan ailəsi bildirib ki, o, İranda olan sevgilisi ilə görüşdükdən sonra iyulun 27-də vətəninə dönəcəkdi.

Bizim xaricdəki vətəndaşlarımızın təhlükəsizliyindən önəmli heç bir prioritetimiz yoxdur

Qəzet yazır ki, Uaytın anası Coann Uayt oğlunun itkin düşməsi barədə müraciətlə çıxış edib, ABŞ Dövlət Departamenti və Daxili Təhlükəslik Nazirliyi ilə əlaqə saxlayıb. Lakin onun həbsdə olduğu barədə bir neçə həftə əvvəl məlumat verilib.

Dövlət Departamentinin sözçüsü "The New York Times" qəzetinin məlumatından xəbərdar olduğunu deyib.

"Bizim xaricdəki vətəndaşlarımızın təhlükəsizliyindən önəmli heç bir prioritetimiz yoxdur. Özəl həyatları nəzərə alaraq, bu anda əlavə məlumat verə bilmərik” - deyə, sözçü bildirib.

Vaşinqton dəfələrlə Tehranı amerikalı məhbusları azad etməyə çağırıb. Onlar arasında iranlı-amerikalı Siyamək Namazi və onun qardaşı Bağır Namazi, çinli-amerikalı Ksiyu Vanq və livanlı-amerikalı Nizar Zakka da var.

Ötən ay İranda həbsdə olan 7 siyasi məhbusun ailəsi dünya liderləri, insan haqları təşkilatları və media qurumlarına açıq məktub ünvanlayaraq, onların həbsdən azad edilməsi üçün təcili addımlar atılmasına çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG