Accessibility links

ABŞ-ın Moskvadakı səfiri məsləhətləşmək üçün Vaşinqtona gedir


ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan

ABŞ-ın Moskvadakı səfiri çərşənbə axşamı bildirib ki, o, məsləhətləşmək üçün vətənə səfər edəcək. Bu addım Vaşinqtonla Moskvanın bir-birilərinə sanksiya tətbiq etməsinin ardınca Kremlin onu fasilə verməyə çağırmasından sonraya təsadüf edib.

Səfir Con Sallivan yaydığı bəyanatda deyib ki, o, Prezident Co Baydenin administrasiyanın üzvləri ilə ABŞ-Rusiya münasibətlərini müzakirə etmək üçün bu həftə Birləşmiş Ştatlara geri dönür. O, bir neçə həftə ərzində Moskvaya qayıdacağını vurğulayıb.

“İnanıram ki, mənim Birləşmiş Ştatlarla Rusiya arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti ilə bağlı Vaşinqtonda Bayden administrasiyasındakı yeni həmkarlarım ilə birbaşa müzakirə aparmağım vacibdir,” Sallivan səfirliyin yaydığı açıqlamada bildirib. “Mən həmçinin bir ildən uzun müddətdir ki, ailəmi görmürəm və bu da vətənə dönməyimin başqa vacib bir səbəbidir,” o deyib.

Sallivanın ABŞ-a səfəri Rusiyanın cümə günü Sallivana “Prezident Co Baydenin Vladimir Putini “qatil” adlandırmasından sonra məsləhətləşmə üçün Moskvaya geri çağırılan Rusiya səfirinin ona nümunə olmalı olduğunu “məsləhət görməsindən”" sonraya təsadüf edib. Rusiya Anatoli Antonovun Vaşqintona nə zaman dönəcəyini bildirməyib.

Bayden administrasiyası cümə axşamı Rusiyaya 2020-ci il ABŞ prezident seçkilərinə müdaxilə etdiyinə və SolarWind hakerliyinə cəlb olunduğuna görə sanksiya tətbiq edib. Moskva isə bu iddiaları rədd edib. ABŞ 10 Rusiya diplomatının ölkədən çıxarılmasına göstəriş verib, onlarla şirkət və insanı hədəf alıb və Rusiyanın kredit almaq imkanlarına məhdudiyyətlər qoyub.

Rusiya ABŞ-ın bu addımını “tamamilə soyuq və səbəbsiz”adlandırıb və cavab olaraq 10 ABŞ diplomatının ölkəni tərk etməsinə göstəriş verib, səkkiz hazırkı və sabiq ABŞ diplomatını qara siyahıya daxil edib və ABŞ Səfirliyinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edib.

Bayden sankiyaları elan etməklə yanaşı gərginliyin azalmasına çağırıb və Rusiya ilə müəyyən məsələlərdə əməkdaşlıq üçün “açıq qapı” buraxıb.

Bayden bildirib ki, o, Putinə hələlik daha sərt sanksiyalar tətbiq etməməyi seçdiyini deyib və yayda üçüncü bir ölkədə görüş keçirməyi təklif edib. Rusiya bu təklifi nəzərdən keçirdiyini bildirib.

“Mən qarşıdan gələn həftələrdə Prezident Bayden və Prezident Putin arasında hər hansı görüşdən öncəMoskvaya geri dönəcəm,” Sallivan çərşənbə axşamı açıqlamasında bildirib.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Rıbakov Baydenın sammit təklifi ilə bağlı deyib ki, “biz məsələni yeni təhlil etməyə başlamışıq,” və hələ ki, görüşün təfərrüatları müzakirə olunmayıb.

Şərhlərə bax

XS
SM
MD
LG