Accessibility links

ABŞ-ın qərbində böyük meşə yanğınları davam edir


ABŞ-dakı ən böyük meşə yanğınları cümə axşamı müddətində də Oreqon ştatında davam edib. Lakin nisbətən aşağı sürətli külək və yüksək rütubət yanğın söndürmə qruplarının işinə kömək edib.

Kaliforniyanın şimalındakı yanğın qonşu Nevada ştatına da yayılıb.

Oreqondakı güclü yanğın 1616 kvadrat kilometrə qədər əraziyə. Lakin yanğınsöndürmə qrupları yanğından mühafizə xəttlərinin genişləndirildiyini deyir.

Digər tərəfdən yanğınlar hazırda bundan əvvəl baş vermiş yanğın bölgələrinə irəlilədikcə rəsmilərə onun zəifləyə biləcəyi barədə ümid verir. Çünki köhnə yanğın yerlərində yetəri qədər alışqan qalıqlar yoxdur. Oreqondakı yanğınların ildırımla başladığı bildirirlir.

"Xilasetmə qrupları və yardımçı heyəti son bir neçə gündə bu yanğının qarşısının alınmasında ciddi irəliləyiş əldə edib" deyən Sakit Okean 2-ci Şimal-Qərb İnsident İdarəetmə Komandasının stajçı hadisə komandiri Co Prummer əlavə edir ki, "Bununla birlikdə ətrafdakı icmaların təhlükəsizliyini təmin etmək üçün hələ uzun bir yolumuz var".

Associated Press xəbər verir ki, Oreqonda 2 min evin evakuasiya edilməsi əmri verilib. Və 5000 ev hələ də təhdid altındadır. Yanğınlarla əlaqədar ölüm halları qeydə alınmayıb.

Havadakı tüstü və külün ölkənin Şərq Sahilinə doğru irəlilədiyi bildirilir.

Bundan əvvəl meşə yanğınlarında böyük payı olan Kaliforniyanın Pacific Gas & Electric enerji şirkəti acağların elektrik xəttlərinin üzərinə düşməsinin qarşısını almaq məqsədi ilə təxminən 16 min km uzunluğundakı elektrik xəttlərini torpağın altına yerləşdirməyə başladığını elan edib.

Şirkətin elektirik xəttlərinin 10 faizini torpağın altına yerləşdirməsi 15-30 milyard dollara başa gələcəyi təxmin edilir. Və bu xərclərin onsuz da ölkədəki ən bahalı elektirk xərcləri ödəyən istifadəçilərin üzərinə düşəcəyi ehtimal edilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG