Accessibility links

ABŞ-ın səkkiz ştatında praymerizlər keçirilir


ABŞ-ın səkkiz ştatı və Vaşinqton şəhərində çərşənbə axşamı Demokratlar və Respbikaçılar partiyalarının praymerizləri keçirilir.

Praymerizlərin dördü bir neçə həftə öncə keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbilə təxirə salınmışdı.

Səsvermə zamanı noyabrın 3-də keçiriləcək ümummilli seçkilərdə Senat və Nümayəndələr Palatasına namizədlər də seçiləcək.

Bundan əlavə bu praymerizlərdə sabiq vitse-prezident Co Bayden rəsmi olaraq Demokratlar Partiyasının prezidentliyə namizədi seçilə bilər.

Sabiq prezident Barak Obamanın administrasiyasında iki müddət vitse-prezident olmuş Baydenin namizəd seçiləcəyi ehtimal olunur, çünki Demokratlar partiyasından prezidentliyə 20-dən çox namizəd artıq namizədliklərini geri çəkib.

Vermontlu senator Berni Sandersin adı hələ də seçki bülletenindədir. Bu isə o deməkdir ki, seçicilər ona səs verə bilər və o, avqust ayında keçiriləcək partiyanın milli qurultayına qədər əlavə deleqasiya əldə edə bilər. Sandersin əldə edəcəyi deleqasiya sayından asını olaraq, o, Baydenin iyun və iyula təyin olunan digər praymerizlərdən öncə Demokratların prezidentliyə vahid namizədinə çevrilməsi üçün lazım olan deleqasiya sayını əldə etməyə bilər.

Bayden namizədliyi əldə etmək üçün lazım olan 1991 deleqasiyanı əldə etmək üçün əlavə 425 deleqasiya qazanmalıdır. Çərşənbə axşanı keçirilən praymerizdə 479 deleqasiya üzərində səsvermə keçiriləcək.

İndiana, Merilend, Pensilvaniya, Rod Aylend ştatlarında seçicilər ya seçki məntəqələrində ya da poçt vasitəsilə səsvermədə iştirak edəcək. Bu ştatlarda səsvermə koronavirus səbəbilər təxirə salınmışı. Seçkilərin keçiriləcəyi digər ştatlar arasında Ayova, Montana, Nyu Meksiko və Cənubi Dakota ştatları, habelə Vaşinqton şəhəri də var.

Seçkilər ABŞ-da günlərdir qaradərili bir kişinin Minneapolis şəhərində polis tərəfindən öldürülməsinə etirazların keçirildiyi vaxta təsadüf edir.

Bu səbəblə seçici fəallığı həmişəkindən daha azo la bilər. Lakin buna baxmayaraq poçt vasitəsilə səsvermə pandemiya dövründə bəzi ştatlardada seçici fəallığını artırıb.

XS
SM
MD
LG