Cümə günü ABŞ-ın Tunisdəki səfrilyi qarşısında motosikletdə olan iki militant özünü partladaraq bir polisin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olub. Bu, son aylarda ölkədə baş verən ən ciddi hücumdur.
Partlayış səfirliyin əsas qapısı yaxınlığında baş verib. Reutersin jurnalisti hadisə yerində yanan motosiklet, zədələnmiş polis maşının və hadisə yerinin üzərində dövrə vuran helikopteri gördüyünü bildirib.
Daxili İşlər Nazirliyi hücumu həyata keçirən iki militantın öldüyünü və 5 polisin yaralandığını, eləcə də bir mülki şəxsin kiçik xəsarət aldığını bildirib. Dövlət xəbər agentliyi TAP bir polisin öldüyünü bildirib.
Amira adlı bir satıcı hadisəni təsvir edərkən bildirib ki, "çox güclü bir partlayış səsi eşitdik ... Terrorçunun polisə doğru motosikletlə hərəkət etdikdən sonra yerdə uzandığını gördük".
ABŞ səfirliyi yazdığı bir tvitində insanları ərazidən uzaqlaşmağa çağırıb.
Paytaxtın bəzi yerlərində təhlükəsizlik qurğuları ilə ətrafındakı yollar bağlanıb. Ölkədə olan bəzi beynəlxalq təşkilatlar bağlanıb və ya təxliyə edilib.
Sosial mediada yayılan partlayış yerinin fotolarında səfirliyə giriş-çıxışa nəzarət edən təhlükəsizlik keçidi məntəqəsinin ətrafına yayılmış parşalar və zədələnmiş nəqliyyat vasitələri görünür.