Accessibility links

"Baş verənlər ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğuna son qoymağın doğru qərar olduğunu təsdiqlədi"


"Baş verənlər ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğuna son qoymağın doğru qərar olduğunu təsdiqlədi"
please wait

No media source currently available

0:00 0:04:08 0:00

"Baş verənlər ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğuna son qoymağın doğru qərar olduğunu təsdiqlədi"

Talibanın paytaxt Kabili ələ keçirməsinə baxmayaraq, ABŞ Prezidenti Co Bayden bazar ertəsi Əfqanıstanda vətəndaş müharibəsində mübarizə aparmağın artıq ABŞ-ın öhdəliyində olmadığını deyib. Bayden xəbərdarlıq edib ki, Taliban təxminən 20 il davam edən münaqişə başa çatdığı bir vaxt ölkədə qalan ABŞ heyətinə və əfqan müttəfiqlərə hücum etdiyi təqdirdə, ABŞ sürətli bir şəkildə qisas alacaq.

Birləşmiş Ştatların ən uzun müharibəsi qorxu və xaosla sona çatdı. Belə ki, Talibanın Əfqanıstanın paytaxtını ələ keçirməsi ABŞ səfirliyinin işçilərinin evakuasiyasına və ölkəni tərk etmək istəyən ümidsiz əfqanların təhlükəli tədbirlər görmələrinə gətirib çıxardı.

Bunlara baxmayaraq, Amerika Birləşmiş Ştatlarının prezidenti ABŞ-ın qoşunlarını geri çəkmək qərarının arxasında dayandığını deyib. "Həqiqət budur ki, bu, gözlədiyimizdən daha tez baş verdi. Bəs nə oldu? Əfqanıstanın siyasi liderləri təslim olub, ölkəni tərk etdi. Əfqanıstan ordusu bəzən döyüşmədən təslim oldu. Hər halda, keçən həftə baş verənlər ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğuna son qoymağın doğru qərar olduğunu təsdiqlədi. Amerika qoşunları Əfqanıstan qüvvələrinin özləri üçün döyüşmək istəmədikləri bir müharibədə döyüşə bilməz, döyüşməməlidir və ölməməlidir".

Respublikaçılar və bəzi Demokrat qanunvericilər Əfqanıstan hökumətinin süqutunun sürətini və bunun ABŞ-ın dünya miqyasında nüfuzuna zərər verəcəyini əvvəlcədən görmədiyi üçün Baydeni qınayıb. Karnegi Sülh Fondundan Aron David Miller: "Bu, Bayden administrasiyasının prezidentliyi üzərində ömürlük bir iz olaraq qalacaq. Bu, onların uğursuz bir prezidentliyi olacağı demək deyil. Bu, bir çoxlarının ordunun geri çəkilməsinin qaçılmaz olduğunu, bunun doğru qərar olduğunu qəbul etməyəcəyi anlamına gəlmir."

Bəzi təhlilçilərin dediyinə görə, Taliban Əfqanıstanın idarəçiliyini ələ keçirdikdən sonra belə, ABŞ beynəlxalq yardım və ənənəvi antiterror əməliyyatlardan asılı olan bu ölkədə iqtisadi gücə sahibdir. Brookings Institutundan Maykl Ohanlon: "Biz indi Talibanın Əl-Qaidə və ya İŞİD-la bir araya gələrsə və ya qadınlara qarşı düşmançılıqdan və məzhəbçi davranışlarının ən pisindən istifadə edib, digər əfqanlara qarşı da zorakı şəkildə qisas alarsa, bizim onların bunun bədəlini ödəmələrini təmin etmək üçün hərbi variantlarımız var”.

Lakin Dövlət Departamenti bazar ertəsi ABŞ-ın Kabildəki səfirliyinin artıq fəaliyyət göstərmədiyini təsdiqləyib, Pentaqon isə 2500 ABŞ əsgərinin amerikalılara yardım edən, amma hələ də Əfqanıstandan qaçmaq üçün ABŞ vizası gözləyən minlərlə əfqanıstanlı müttəfiqi də daxil olmaqla, personalı evakuasiya etmək səylərini dəstəklədiyini bildirib. General-mayor Hank Teylor: "ABŞ ordusu hazırda missiyasını yerinə yetirir. Buna ABŞ vətəndaşlarının, Xüsusi İmmiqrant Vizaları gözləyən və risk altında olan əfqanların təhlükəsiz şəkildə evakuasiyasını asanlaşdırmaq və onların təhlükəsiz və tez bir şəkildə Əfqanıstandan çıxarmaq daxildir."

ABŞ-a trilyonlarla dollara başa gələn və qələbə üçün dəqiq bir tərifi olmayan bir müharibənin qeyri-müəyyən sonu. Co Bayden: "Keçmişdə etdiyimiz səhvləri - ABŞ-ın milli maraqlarına uyğun gəlməyən münaqişədə sonsuza qədər qalmaq və mübarizə aparmaq, xarici ölkədə yenidən vətəndaş müharibəsini gərginləşdirmək, ABŞ qüvvələrini sonsuz olaraq ora göndərərək, bir ölkəni yenidən qurmaq cəhdi kimi səhvləri təkrarlamayacağam."

2001-ci ildən bəri ABŞ-ın dörd, iki Demokrat və iki Respublikaçı prezidenti Əfqanıstanda Talibanın qarşısını almaq üçün mübarizə aparıb. Bayden isə Birləşmiş Ştatların ən uzun sürən münaqişəsini beşinci ali baş komandana təhvil verməyəcəyini deyib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG