Accessibility links

ABŞ Ali Məhkəməsi sağlamlıq sığortası qanununu qüvvədə saxlayıb


ABŞ-ın Ali Məhkəməsi cümə axşamı üçüncü dəfə milyonlarla amerikalıya tibbi xərclərini ödəməyə yardım edən ölkənin əsas sığorta qanununun leqal olduğunu təsdiq edib.

Məhkəmə 7-2 səs fərqi ilə verdiyi qərarda Respublikaçıların başçılıq etdiyi 18 ştat və sabiq prezident Donald Trampın administrasiyasının 2010-cu ildə qəbul olunan “Affordable Care Akt” adlı sığorta planını ləğv etmək üçün irəli sürdüyü iddianı rədd edib.

Bu qanun sabiq prezident Barak Obamanın vəzifə dövründə qəbul olunub və ABŞ-da Obamacare olaraq tanınır.

Ölkənin ən yüksək instansiyalı məhkəməsi həmçinin 2012 və 2015-ci illərdə də bənzər iddiaları rədd edib. Məhkəmənin hər üç qərarına əsasən gənc insanların 26 yaşına qədər valideynlərinin sağlamlıq sığortasında qalmalarına habelə daha öncədən mövcud olan sağlamlıq problemləri olan insanların da sığorta ilə təmin edilməsinə icazə verib.

Konqresin ilk təsdiq etdiyi qanunun versiyasına əsasən sağlamlıq sığortası almayan insanlar cərimə ödəyirdilər. Ancaq Konqres 2016-ci ildə həmin cəriməni sıfıra endirdi.

Respublikaçı ştatların baş prokurorları və Tramp administrasiyası cərimə müddəasının çıxarılması ilə bütöv qanunun qeyri-konstitusion olduğunu iddia edirdi.

Məhkəmə qanunla bağlı irəli sürülən iddiaların qanuniliyini nəzərdən keçirməyib və əvəzinə qanuna qarşı olan ştatların bu cür iddia irəli sürmək hüquqlarının olmadığına qərar verib.

Çoxluğun qərarı liberal Hakim Stefen Breyer tərəfindən hazırlanıb. Trampın Ali Məhkəməyə təyin etdiyi üç hakimdən ikisi, Brett Kavano və Emi Koni Barrett çoxluqla birlikdə səs verib

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG