Accessibility links

Amerikalıların Çinə səfər etməmələri barədə xəbərdarlıq yayılıb


Tramp administrasiyası amerikalılara Çinə səyahət etməmək barədə xəbərdarlıq edib, çünki orada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Dövlət Departamenti Səyahət Əleyhinə 4-cü dərəcəli xəbərdarlıq irəli sürüb. Dövlət Departamenti həmçinin hazırda Çində olan hər kəsi ölkəni tərk etməyə çağırıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) çərşənbə axşamı 3-cü dərəcəli xəbərdarlıq irəli sürmüş, amerikalıları Çinə vacib olmadığı təqdirdə səfər etməməyə çağırmışdı.

CDC çərşənbə günü Uhandan evakuasiya edilən 195 amerikalı sərnişinin heç birində konoranvirusun simpotmlarının olmadığını bildirib. Onlar ən azı bu həftənin sonunadək ABŞ-ın Kalifroniyadakı hərbi bazasında qalacaq.

Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə günü Uhanda başlayan və Çindən 18 ölkəyə yayılan koronavirus epidemiyasına görə səhiyyə sahəsində qlobal fövqəladə vəziyyət elan edib.

Bu isə o deməkdir ki, Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanı koordinasiya edilmiş beynəlxalq tədbirlərin görülməsini tələb edən “qeyri-adi hal” olaraq görür.

Ekspertlər virusun insandan insana keçdiyinə dair dəlillər olduğunu deyir.

CDC cümə axşamı virusun ilk dəfə olaraq ABŞ-da insandan insana keçdiyi barədə məlumat yayıb. Həkimlər deyir ki, Uhana səyahət etmiş bir qadın virusu ərinə yoluxdurub. O, Bİrləşmiş Ştatlarda virusa yoluxan altıncı şəxsdir.

Hindistan və Filippində də cümə axşamı ilk yoluxma halları qeydə alınıb. Koronavirusa yoluxma hallarının olduğu digər ölkələr arasında Avstraliya, Kanaa, Finlandiya, Fransa, Almaniya, Honq Konq, Yaponiya, Nepal, Sinqapur, Cənubi Koreya, Tailand, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam var.

Çinin sağlamlıq komissiyası cümə günü bildirib ki, orada yoluxma halları artıq 10 mini keçib. Bu, bir gün öncə ilə müqayisədə 1000 nəfər çoxdur. Təxminən 200 nəfər virus səbəbilə həyatını itirib.

XS
SM
MD
LG