ABŞ-ın energetika naziri Rik Perri deyib ki, Avropanın Rusiyadan asılılığına son qoymaq üçün enerji təchizatının divertifikasiyasına ehtiyacı var.
Macarıstanda səfərdə olan Perri bidirib ki, Rusiyanın "enerjidən silah vasitəsi kimi" istifadə etməsinə yol verilməməlidir. O bununla Rusiyanın əvvəllər qış aylarında müvəqqəti olaraq qaz təchitazını kəsməsini nəzərdə tutub. Bunun əsas təsiri Şərqi Avropa ölkələrinədir.
Perri həmçinin bidirib ki, Birləşmiş Ştatlar Krımın Ukraynadan ilhaq etməsilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyarı saxlaması hüququna malikdir.
"Mənim perspektivimə görə, bu, çox sadə məsələdir. Yaxşı qonşu ol və qanunun aliliyinə hörmət et. Lakin Rusiya bunu etmir"-deyə Perri bildirib.
Macarıstan Rusiyadan enerji təchizatından asılıdır və özünün sovet dövründən qalmış enerji sisteminin inkişaf etdirilməsində Rusiyanın maliyyəsi və təcrübəsindən istifadə edir. Lakin Budapeşt eyni zamanda, Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarını dəstəklədiyi halda, onların iqtisadi rəqabət əsasında aradan qadırılmasının tərəfdarıdır.
Macarıstn həmçinin gələcəkdə Rumıniyada Qara dənizdə bu yaxınlarda aşkar edillmiş enerji mənbələrindən istifadə edəcəyinə ümid bəsləyir.