Accessibility links

Bayden vaksinasiyanın sürətləndirilməsi məqsədilə tədbirləri açıqlayıb


ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı daha çox amerikalının koronavirus pandemiyasına qarşı peyvənd edilməsinə yardım etməyin yeni yollarını açıqlayıb.

Ağ Ev Baydenin hər iki partıyadan olan ABŞ-ın altı qubernatorundan ibarət qrupla görüşdüyü zaman Lyft və Uber şirkətlərinin iyulun 4-nə qədər peyvənd olunmaq istəyənləri peyvənd mərkəzlərinə pulsuz aparmaları üçün planlar hazırladığını deyib

Bayden ölkənin Müstəqillik Gününə qədər yetkin amerikalıların 70 faizinin peyvəndin azı bir dozasını almasını qarşısına hədəf qoyub. Hazırda bu rəqəm 58% təşkil edir.

Bayden ölkənin bəzi böyük kolleclərinin may və iyun aylarında tələbələr, işçilər və yerli icmalar üçün peyvənd mərkəzləri olaraq xidmət edəcəyini də açıqlayıb.

ABŞ hökuməti həmçinin ştatlara insanları peyvənd olmağa təşviq etmək məqsədilə onlarla tək-tək görüşüb, telefonla zəng etmələri, habelə iş yerləri və kilsələrdə vaksinasiya mərkəzləri açmaları üçün dərhal maliyyə yardımı ayırıb.

Bayden bu addımları ABŞ-da bir neçə həftə əvvəl gündə 3 milyondan çox insana peyvənd edildiyi halda, indi bu rəqəmin gündə təxminən 2,1 milyona düşməsindən sonra atır. Amerikalıların təqribən beşdə biri ya peyvənd vurmaq niyyətində olmadıqlarını, ya da müxtəlif səbəblərdən peyvəndə şübhə ilə yanaşdıqlarını deyib.

Cons Hopkins Universitetinin bildirdiyinə görə, ABŞ-da digər ölkələrdən daha çox - korinavurus nəticəsində 582000 ölüm, 32.7 milyon yoluxma halı qeydə alnıb. Lakin peyvənd olunan amerikalıların sayı artdıqca, yoluxanların sayı da kəskin şəkildə azalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG