Accessibility links

ABŞ Beynəlxalq Cinayət Məhkəməsində (İCC) baxılan işlə əlaqəsi olan hər bir şəxsə viza məhdudiyyətləri tətbiq edir


ABŞ Beynəlxalq Cinayət Məhkəməsində (İCC) baxılan işlə əlaqəsi olan hər bir şəxsə viza məhdudiyyətləri tətbiq ediləcəyini bildirib. ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, bu ölçü ABŞ və onun müttəfiqi Əfqanıstana qarşı əməllərə mane olmaq üçün atılır.

Tramp administrasiyası hələ sentyabr ayında xəbərdarlıq etmişdi ki, əgər məhkəmə Əfqanıstanda müharibə cinayətlərinə dair prosesə başlasa, məhkəmənin hakimləri və prokurorlar ABŞ-a gələ bilməyəcək və onların hesablarına sanskiyalar tətbiq edilməklə yanaşı həmin şəxslər ABŞ-da mühakimə ediləcək.

Pompeonun bəyanatı ilə Vaşinqton ilk addımı atmış olur.

"Mən bəyan edirəm ki, ABŞ-ın viza məhdudiyyətləri məhkəmənin ABŞ personeli ilə bağlı istintaqının cavabdehliyini daşıyan fərdlərə şamil ediləcək" - deyə, Pompeo Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

XS
SM
MD
LG