Accessibility links

ABŞ və Cənubi Koreya rəsmiləri arasında danışıqlar sona çatıb


Əsasən Şimali Koreyanın təhlükəsizlik təhdidləri ilə bağlı olmaqla, ABŞ və Cənubi Koreyanın xarici siyasət və müdafiə məsələləri üzrə yüksək səviyyəli rəsmiləri arasında danışıqlar başa çatıb.

ABŞ Dövlət Katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostin cümə axşamı Cənubi Koreya Xarici İşlər Naziri Çon In Yon və Milli Müdafiə Naziri So Vukla birlikdə görüş keçirib.

“Bizim məqsədimiz Şimali Koreyanın nüvəsizləşdirilmək, Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-a və müttəfiqlərimizə təhdidini azaltmaq və Şimali Koreya xalqı da daxil olmaqla, orada geniş yayılmış və sistematik istismarlardan əziyyət çəkən bütün koreyalıların həyatını yaxşılaşdırmaqdır” - deyə, Blinken mətbuat konfransı zamanı bildirib.

Cənubi Koreyada hazırda təxminən 28 000 Amerika əsgəri qulluq edir vəbu həftə keçirilən görüş zamanı iki ölkə Tramp administrasiyasının Seul və Vaşinqton arasında mübahisələrə səbəb olan ABŞ hərbi qüvvələrinin yerləşdirilməsinnə görə ödənəcək məbləğlə bağlı müqavilə imzalayıb.

ABŞ-ın təqaüdd'ki ordu generalı, Pentaqonun rəhbəri Ostin ittifaqın "dəmir" kimi möhkəm olduğunu deyib.

“ABŞ geniş çəkindirmə gücündən istifadə də daxil edilməklə, Cənubi Koreya respublikasının müdafiəsinə tam şəkildə sadiqdir” -deyə, Ostin bildirib.

Bayden administrasiyasının Nazirlər Kabineti səviyyəsində ilk dəfə xaricə səfər edən Amerika rəsmiləri bu həftənin əvvəlində Tokioda səfərdə olub. Lakin təhlilçilərin dediyinə görə, Cənubi Koreyaya səfər ABŞ-ın Vaşinqton və Seul arasında dörd ildir davam edən gərginlikdən sonra edilir və yeni prezident münasibətləri yaxşılaşdırmağa çalışır.

Blinken və Ostin getdikcə iddisı artan Çin və düşmən Şimali Koreya qarşısında Trans-Sakit Okean Tərəfdaşlığını bir daha təsdiqləmək məqsədi ilə yaponiyalı həmkarları Toşimitsu Motegi və Nobyo Kişi ilə “iki üstə gəl iki” görüşü keçirib.

Görüşdən sonra verdiyi ortaq açıqlama zamanı Blinken “Çin öz məqsədinə çatmaq üçün aqressiyadan istifadə etsə” Bayden administrasiyasının qarşı çıxacağını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG