Accessibility links

ABŞ İranla 1955-ci ildə imzalanmış "Dostluq Sazişi"ndən çıxır


ABŞ İranla "Dostluq sazişi"ndən çıxır
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Birləşmiş Ştatlar BMT məhkəməsinin Vaşinqtondan Tehrana qarşı humanitar məhsulların idxalının məhdudlaşdırıldığı sanksiyaları aradan qaldırması haqda tələbindən sonra İranla 1955-ci il sazişinə son qoyub. Dövlət katibi Pompeo ABŞ-ın iki ölkə arasında iqtisadi və konsul əlaqələrinin yaradılmasına dair 1955-i il sazişini dayandırdığını elan edib.

Bu ilin əvvəli ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların İranla onun imzalandıqdan əvvəl də tənqid etdiyi 2015-ci il nüvə sazişindən çıxmasını elan etməsi narahatlıqla qarşılanmışdı. Birləşmiş Ştatlar bunun nəticəsində Tehrana qarşı sanksiyaları bərpa edib. Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Ştatların 1955-ci il müqaviləsinin pozulması olduğu üçün ərzaq, tibb və aviasiya təhlükəsizliyi vasitələri daxil olmaqla, humanitar malların ixracına hər hansı maneəni aradan qaldırması haqda qərar çıxarıb.

“Birləşmiş Ştatların qəbul etdiyi tədbirlər İranda mülki aviasiya təhlükəsizliyinə və bundan istifadə edənlərin həyatı üçün İran hava yolları şirkətlərinin lazımi hissələr və ləvazimatı əldə edə bilməməsi, eləcə də mülki təyyarələrə lazım olan xidmətlərin göstərilə bilməməsi kimi potensial təhlükə yaradır”-deyə, Beynəlxalq Ədalət Məhkəməsində sədrlik edən hakim Əbdülqavi Yusif bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların İranla müqaviləni dayandırdığını elan edib.

“İran Birləşmiş Ştatların İranla nüvə sazişində işirakını dayandırmaq və müqavilənin bir hissəsi olaraq aradan qaldırılmış sanksiyaları bərpa etmək qərarına etiraz etməyə çalışır. İran Birləşmiş Ştatların bizim milli təhlükəsizliyimizi müdafiə etmək üçün zəruri olan hüquqi hərəkətlər etmək kimi suveren hüquqlarına müdaxilə etməyə çalışır".

Haaqada yerləşən məhkəmə İranın Birləşmiş Ştatların 2015-ci il nüvə sazişindən çıxmasının ardınca Tramp administrasiyasının yenidən tətbiq etdiyi iqtisadi sanksiyaların dayandırılması haqda müraciətini rədd edib.

Həm Tehran, həm Vaşinqton məhkəmənin qərarını qələbə adlandırıb. Lakin ABŞ rəsmiləri 15 nəfərdən ibarət məhkəmə heyətini İrana qurumdan təbliğat vasitəsi kimi istifadə etməyə imkan verməkdə ittiham edib.

Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib ki, Birləşmiş Ştatlar həmçinin Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına Əlavə Fakultativ Protokoldan da çıxır.

“Bu, səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsinə cavab olaraq, Birləşmiş Ştatları təqsirləndirilən qismində göstərərək, Fələstin dövləti tərəfindən qaldırılmış iddia ilə bağlıdır".

Tramp administrasiyası Birləşmiş Ştatları BMT-nin İnsan Hüquqları Şurası, Paris iqlim sazişi və İranla nüvə sazişi daxil olmaqla, artıq bir sıra beynəlxalq qruplar və təşəbbüslərdən çıxarıb.

XS
SM
MD
LG