Accessibility links

ABŞ Dövlət Departamenti 2021-ci il üçün İnsan Alverinə dair hesabatı açıqlayıb


ABŞ Dövlət katibi Antoni Blinken

ABŞ Dövlət Departamenti cümə axşamı 17 ölkədə insan alverinə qarşı müvafiq tədbirlərin görülmədiyini bildirib.

Bu açıqlama cümə axşamı yayılan İnsan Alverinə dair hesabatda (Trafficking in Persons (TIP) Report) verilib.

Hesabatda 188 ölkə qiymətləndirilib və onlar insan alverinə qarşı səylərinə görə dörd kateqoriyaya ayrılıb. 1-ci kateqoriyaya ən yaxşı qiymətləndirilən, 3-cü kateqoriyaya isə ən pis qiymətləndirilən ölkələr daxildir. Orta iki kateqoriya isə 2 və Nəzarət olunan 2-ci kateqoriyalardır.

3-cü katqeoriyaya daxil edilən ölkələrə sanksiyalar tətbiq oluna bilər, onların Bİrləşmiş Ştatlara və beynəlxalq yardıma çıxışı isə məhdudlaşdırıla bilər.

“Bu, qlobal böhrandır. Bu, insanların çəkdiyi əzabın ən böyük mənbəyidir,” dövlət katibi Antoni Blinken bildirib və əlavə edib ki, uşaqlar daxil olmaqla təxminən 25 milyon insan insan alverinin qurbanıdır. “Bu cinayət insan hüquqularına təhqirdir. Bu insan ləyaqətinə qarşı təhqirdir,” o deyib.

Əfqanıstan, Əlcəzair, Birma (Myanma), Çin, Komor adaları, Kuba, Eritreya, İran, Nikaraqua, Şimali Koreya, Rusiya, Cənubi Suda, Suriya, Türkmənistan və Venesuela 3-cü kateqoriyada qalmağa davam edir. Bu ilki hesabatda isə onarın sırasına Qvineya-Bisau daxil edilib.

Çin 3-cü kateqoriyada qalmağa davam edir, çünki Çin “hökuməti xüsusilə də Sincan həbs düşərgəsində məcburi əmək siyasəti yürüdür və o düşərgələrdə peşə təlimləri adı altında etnik və dini kimlikləri aradan qaldırmaq məqsədi daşıyır,” Dövlət Departamentinin sözçüsü müxbirlərə bildirib.

Bu ölkələr Blinkenin sözlərinə görə, “qeyri-insani ayrıseçkilik və ədalətsizlik tsiklini” çərçivəsində insan alverini dayandırmaq üçün lazım olan minimum səyləri görmürlər.

Dövlət Departamenti ABŞ-ın altı müttəfiqi Kipr, İsrail, Yeni Zelandiya, Norveç, Portuqaliya və İsveçrəni 1-ci kateqoriyadan 2-ci kateqoriyaya salıb, çünki onların insan alverinə qarşı mübarizədə beynəlxalq standartlara cavab vermədikləri deyilir.

Hesabatda bildirilir ki, İsrail insan alverini aradan qaldıqmaq üçün “ciddi və davamlı” səylər görməyib, çünki insan alverçiləri ilə bağlı təhqiqat və istintaqların sayı azalıb.

Hesabatda həmçinin ABŞ-ın NATO müttəfiqi Türkiyə də tənqid olunub çünki Türkiyənin Suriyada uşaq əsgərlərinin olduğu bildirilən silahlı qrupları “əməliyyat, avadanlıq və maliyyə dəstəyi” ilə təmin etdiyi deyilir.

Dörd ölkə - Belarus, Burundi, Lesoto və Papua Yeni Qvineya – 3-cü Kateqoriyadan Nəzarət olunan 2-ci kateqoriyaya yüksəlib.

Belarusda “hökumət COVID-19 pandemiyasının insan alverinə qarşı mübarizə səylərinə göstərdiyi təsirini nəzərə aldıqda, böyük irəliləyişlər əldə edib və ona görə də Belarus Nəzarət olunan 2-ci kateqoriyaya yüksəlib,” hesabatda deyilir.

XS
SM
MD
LG