Accessibility links

ABŞ Dövlət Departamentində din azadlığı sammiti


ABŞ dövlət katibi Mayk Pompeo

ABŞ dövlət katibi Mayk Pompeo Dövlət Departamentində din azadlığı mövzusunda zirvə görüşünə ev sahibliyi edir. Bu, ABŞ-da dünyanın hər yerindən hökumət rəsmiləri, dini liderlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin üzvlərinin bir araya gəldiyi ilk belə sammitdir.

Zirvə görüşünü giriş sözü ilə ABŞ Dövlət Departamentinin din azadlığı məsələləri üzrə xüsusi elçisi Sem Braunbek açıb.

Ayrı-ayrı insanların dinlərinə uyğun şəkildə hərəkət edib davranmasına imkan veriləndə onlar inkişaf üçün potensial əldə edir.

Pompeo sammitdən öncə Vatican News portalına verdiyi müsahibədə bildirib ki, zirvə görüşünün məqsədi “olduqca aydın və mühümdür”. “Bu, bütün dünyada hər bir şəxsin din azadlığının mühüm olduğu haqda mesajın çatdırılmasından ibarətdir”, Pompeo deyib.

ABŞ Dövlət Departamentinin din azadlığı məsələləri üzrə xüsusi elçisi Sem Braunbek
ABŞ Dövlət Departamentinin din azadlığı məsələləri üzrə xüsusi elçisi Sem Braunbek

“Bütün dinlərə mənsub insanlar dinə istəkdiləri şəkildə etiqad etmək hüququna malikdir, əgər bunu etmək istəmirlərsə, onlar üçün buna imkan verilməlidir”, dövlət katibi Pompeo Vatican News portalına müsahibədə bildirib.

Onun sözlərinə görə, üç gün sürəcək sammitdə indiyə qədər ən çox sayda-dünya ölkələrindən 40-dan artıq xarici işlər naziri iştirak edəcək.

Pompeo bildirib ki, Tramp administrasiyası din azadlığı, insan hüquqları və iqtisadi maraqlar arasında dərin əlaqə görür.

İnvestorlar geniş dini azadlıqlarının təmin edildiyi və daha az riskli ölkələrə üstünlük verir.

“Ayrı-ayrı insanların dinlərinə uyğun şəkildə hərəkət edib davranmasına imkan veriləndə, onlar inkişaf etmək üçün potensial əldə edir. İnvestorlar geniş dini azadlıqlarının təmin edildiyi və daha az riskli ölkələrə üstünlük verir”, Pompeo bildirib.

Christian Broadcast Network (CBN) şəbəkəsinə verdiyi ayrı bir müsahibədə isə Pompeo deyib ki, konfrans qarşıdan gələn görüşlərdə elan ediləcək daha böyük təşəbbüslərə gətirib çıxaracaq. O həmçinin din azadlığı barədə müzakirələr aparmaq üçün bu qədər iştirakçının bir araya gəlməsinin faydalı olduğunu qeyd edib.

Rohinja qaçqınları
Rohinja qaçqınları

“Biz bilirik ki, bir sıra ölkələrdə vətəndaşların din azadlığının təmin edilməsində problemlər var. Onlar başqa ölkələrin bu çətinliklərin öhdəsindən necə gəldiyi, daha tolerant cəmiyyətə necə çevrildiyi ilə tanış olacaq”, Pompeo bildirib.

Onun özünün dini mənsubiyyəti ilə bağlı sualın cavabında isə Pompeo deyib: “Mən yevangelist xristianam. Mən bilirəm ki, hamı bu dinə malik deyil. Təkcə xristianlar üçün deyil, bütün dinə mənsub olan insanların dinə istədikləri şəkildə, hökumətlər tərəfindən cəzalandırılmaq qorxusu olmadan etiqad etməsi çox vacibdir”.

XS
SM
MD
LG