Accessibility links

ABŞ Dəniz Donanması Ədən körfəzində qaçaqmalçılıq əməliyyatının qarşısını alıb


Yəməndə müharibənin davam etdiyi bir vaxt, ABŞ Dəniz Donanması Ədən körfəzində silah qaçaqmalçılığının qarşısını alıb.

Dəniz Donanmasının bəyanatında bildirilib ki, ABŞ-ın 5-ci donanmasında yerləşən Jason Dunham eskadra minadaşıyıcısı Ədən körfəzinin beynəlxalq sularında heç bir ölkəyə mənsub olmayan qayıqda daşınan qanunsuz silahları ələ keçirib.

Ədən körfəzi
Ədən körfəzi

Əməliyyat çərşənbə axşamı baş verib.

Cümə günü yayılan ABŞ hərbisinə aid videodakı görüntülərdə kiçik gəmidə baş verən qaçaqmalçılıq əməliyyatının göstərildiyi iddia olunur.

Danhamın axtarış qrupu gəmidən minnən çox AK-47 avtomatı aşkar edib.

Bəyənatda bildirilir ki, minadaşıyıcı Dunham gəmisi gizli bağlamaları bu kiçik qayığa yükləyən başqa bir gəmini aşkar edib. ABŞ Donanmasının bildirdiyinə görə, beynəlxalq hüquq normalarına uyğun olaraq aparılan bayraq yoxlanışından sonra həmin gəminin heç bir dövlətə mənsub olmadığı aşkar olunub.

Dunham-ın axtarış və müsadirə qrupu gəmidə mindən çox AK-47 avtomatı aşkar edib.

Dəniz Donanması ələ keçirdiyi silahların mənbəyinin məlum olmadığını bildirib.

Onalrın verdiyi məlumata, qayığın mühərrikləri işlək olmayıb. Qayığın ekipaj üzvləri Dunham-a gətirilib, daha sonra isə Yəmən Sahil Mühafizəsinə təslim edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG