Accessibility links

ABŞ-da 10 gün saxlanılan iranlı jurnalist Tehrana qayıdıb


İranın dövlət televiziya şəbəkəsində çalışan jurnalist Birləşmiş Ştatlarda 10 gün nəzarət altında saxlanıldıqdan sonra Tehrana qayıdıb.

Press TV kanalının aparıcısı Mərziyə Haşemi çərşənbə günü Tehranın İmam Xomeyni hava limanında yüzlərlə insan tərəfindən qarşılanıb.

O, 13 yanvar tarixində ailəsini ziyarət etmək istəyərkən, Missuri ştatının Sent-Luis şəhərində saxlanılıb.

ABŞ rəsmiləri bildirirlər ki, Haşemi açıqlanmayan federal təhqiqatda şahid qismində ifadə verdikdən sonra azad edilib.

“Mən bu saxlanılma haqda daha sonra danışacam. Sadəcə istəyirəm ki, bunun İranla birbaşa bağlı olduğunu bilərsiniz” – deyə Mərziyə Haşemi bildirib.

ABŞ hökuməti saxlanılmaya səbəb olan iş haqda məlumat verməkdən imtina ediblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG