Accessibility links

ABŞ-da İkinci Dünya Müharibəsi zamanı yəhudilərin qətlində əli olan şəxs həbs edilib


ABŞ-da 89 yaşlı Cohan Breyeri həbs edilibb. O, İkinci Dünya Müharibəsi zamanı nasist ölüm düşərgələrində gözətçi olmaqda ittiham edilir.

Çexoslovakiyada anadan olan təqaüdçü çilingər Cohan Breyer Pennsilivaniyanın Filadelfiya şəhərində həbs olunub. Hakim onun ilkin məhkəmə keçirilənə qədər həbsdə saxlanılmasına qərar verib.

Almaniya Breyerin 1944-cü ildə avropalı yəhudilərin Asvensium düşərgəsində öldürülməsində iştirak etdiyinə görəməsuliyyətə cəlb edilməsi üçün ekstradisiyasına çalışır. Rəsmilər onun düşərgənin Birkenau hissəsindəki qaz kameralarında gözətçi olduğunu deyir.

Breyer düşərgədə müəyyən vaxt olduğunu qəbul etsə də, xidmətinin məcburi olduğunu deyib.

O, Birləşmiş Ştatlara 1952-ci ildə mühacirət edib.

ABŞ Ədliyyə nazirliyi ilk dəfə onu 1992-ci ildə nasistlərlə əlaqəsi olduğunda ittiham edib. Ona anasının Birləşmiş Ştatlarda anadan olmasına görə ABŞ-da qalmasına icazə verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG