Accessibility links

ABŞ-da polis islahatları


ABŞ-da polis islahatları
please wait

No media source currently available

0:00 0:03:10 0:00

ABŞ-da polis islahatları

ABŞ prezidenti Donald Tramp polis zorakılığı ilə əlaqədar həftələrdir davam edən etirazlara cavab olaraq polisin işi ilə bağlı sərəncam imzalayıb. Prezident sərəncamı Konqresdə həm Respublikaçılar, həm də Demokratlar tərəfindən polis islahatlarına yönəldilmiş birgə səylərin göstərilməsi və Ali Məhkəmənin qanun pozuntularında günahlandırılan hüquq-mühafizə orqanlarının əməkdaşlarını qoruyan hüquqi doktrinaya yenidən baxılmaması haqda qərar çıxarması ilə bir vaxtda verilib.

Corciya ştatının Atlanta şəhərindəki bu restoran ötən həftə qaradərili Reyşard Bruksun ağdərili polis məmuru tərəfindən öldürüldüyü yer idi. Bura mayın sonlarında Minnesota ştatının Minneapolis şəhərində polis nəzarətində Corc Floydun ölüm hadisəsindən sonra bir neçə həftədir ölkəni sarsıdan polis zorakılığı və sistematik irqçilik mövzusunda yaşanan gərginliyi xatırladaraq etirazçılar tərəfindən yandırılıb.

Çərşənbə axşamı hüquq-mühafizə orqanları işçiləri tərəfindən əhatə olunan ABŞ prezidenti Donald Tramp polis haqda sərəncam imzalayıb. O, polis işçilərinin "kiçik" faizinin pis olduğunu deyib və yaxşı polis zabitlərinin işinə təhlükə yaratmayan islahatlara çağırıb. O, polis xidmətləri və resurslarının sosial xidmətlər kimi ictimai təhlükəsizliyin qeyri-polis formalarına yönəldilməsi çağırışlarını rədd edib.

“Amerikalılar qanun və qayda istəyirlər. Qanun və qaydanı tələb edirlər, onlar bunu deməyə bilər, bu barədə danışmaya bilər, amma onların istədikləri budur. Bəziləri nə istədiklərini bilmirlər, amma onların istədikləri budur” - deyə, Prezident Donald Tramp qeyd edib.

Trampın sərəncamına polis idarələrinin sertifikatlaşdırılması, güc tətbiq edilməsi ilə bağlı şikayətlərlə əlaqədar işçiləri daha yaxşı izləmək üçün məlumat mübadiləsinin genişləndirilməsi və ruhi xəstəliklər, narkotik asılılığı və evsizlik problemlərinin həlli məqsədil xidmətlərin yaradılması daxildir.

“Bu, düzgün istiqamətdə bir addımdır. Bu, uzunmüddətli təsirə malik deyil. Fikrimcə, uzunmüddətli dəyişiklik, istənilən böyük siyasi dəyişikliklər Konqresdən gəlməlidir. Ancaq həqiqətən düşünürəm ki, bu, təlimlərdə çatışmazlıqlar kimi düzgün şeylərə işarə edir və polis işçilərinin qanunsuz davranışı kimi məlumatlara daha çox aydınlıq gətirir və onları ictimaiyyət üçün daha əlçatan edir" - deyə, Manhetten İnstitutu mühafizəkar düşüncə mərkəzindən Rafael Manqual bildirib.

Tramp bildirib ki, polisin dizini Corc Floydun boynuna sıxması kimi boğma üsulları qadağan olunmalıdır. Bundan yeganə istisna polis zabitinin həyatına təhlükə ola bilər. Senatdakı azlığın lideri Çak Şumer Trampın sərəncamınını yetərli olmadığını deyib.

"Dedikləri şeylərə baxsaq, boğulmadan imtina qərarı,bu, belə deyil, bu, daha çox könüllüdür; ölkə üzrə reyestri qoyulması, bu, olunmur, bu da könüllü olur" - deyə, Senatda azlıqda olan Demokratların lideri Çak Şumer bildirib.

Ölkə üzrə etirazlar fonunda hərəkətə keçmək zərurətinə dair iki partiya arasında konsesusa baxmayaraq, Konqresdə Nümayəndələr Palatasının Demokratları və Senatdakı Respublikaçıların rəqib qanunverici təklifləri ilə polis islahatı məsələsində razılıq səviyyəsi yüksək deyil.

Əsas fikir ayrılığı qanunu pozmaqda günahlandırılan hüquq-mühafizə orqanlarının əməkdaşlarını müdafiə edən hüquqi doktrina olan "toxunulmazlıq" məsələsi ətrafındadır. Demokratlar və polis zorakılığı qurbanları məmurların davranışının "aydın şəkildə müəyyən edilmiş qanunları və ya konstitusiya hüquqlarını" pozması tələbinin yerinə yetirilməsinin çətin olduğunu deyir.

Bazar ertəsi günü ABŞ Ali Məhkəməsi doktrinaya yenidən baxmaqdan imtina edib.

Prezident "Qaraların həyatı mühümdür" hərəkatının əsas mövzusu olan irqçilik haqda danışmadığı halda, Trampın açıqlamalarından sonra prezidentliyə Demokrat namizəd Co Bayden mövzuya aid müzakirələrin videosunu tvit edib və "sistematik irqçilik, cəmiyyətin hər tərəfini, o cümlədən hüquq mühafizə orqanlarını da əhatə edir və bunun kökünü kəsmək üçün çox çalışmalıyıq" deyə, bildirib.

XS
SM
MD
LG