Accessibility links

ABŞ Seçkiləri 2020

ABŞ-da prezidentliyə namizədlərin sonuncu debatı keçirildi

Respublikaçı Prezident Donald Tramp və onun Demokrat rəqibi, sabiq vitse-prezident Co Bayden cümə axşamı sonuncu debata çıxdılar. Naşvill şəhərində yerləşən Belmont Universtietində təşkil olunan bu debat 3 noyabrda keçiriləcək seçkilər ərəfəsinə təsadüf edirdi.

Namizədlər bir-birini xarici maliyyə işbirliyində günahlandırarkən Prezident Tramp Co Baydenin oğlu Hanterin biznes fəaliyyətinə görə Amerika xalqına “izahat borclu” olduğunu söylədi. Bayden isə "həyatında xarici mənbədən bir sent də" götürmədiyini israr edərək Trampı öz gəlir vergilərini açıqlamağa çağırdı.

Respublikaçı və Demokrat namizədlər irqi münasibətlərdən tutmuş iqlim dəyişikliyinə və koronavirus pandemiyasınadək bir sıra məsələlər üzərində mübahisə apardılar.

Əvvəlki debatdan fərqli olaraq bu debat daha çox nizam-intizamı ilə seçilirdi.

Hər ikisi 70 yaşlarında olan namizədlər sentyabrın sonunda keçirilən ilk debatda dəfələrlə bir-birlərinin sözünü kəsmişdilər. Bəzi amerikalı müşahidəçilər həmin 90 dəqiqəlik debatı ABŞ tarixində ən bərbad prezident debatı adlandırmışdılar.

Bu dəfə Prezident Debatları üzrə Müstəqil Komissiya NBC Xəbərlər proqramının aparıcısı Kristen Vokerə moderatorluq edəcəyi debatda namizədlərin 6 mövzuda verilən suallara 2 dəqiqəlik cavab verə bilməsi üçün biri danışan vaxt digərinin mikrofonunu söndürmək səlahiyyəti verilmişdi.

Tramp sentyabrda keçirilən ilk debatdan fərqli olaraq daha təmkinli bir tonda çıxış etdi. Lakin cümə axşamı hər iki namizəd bir-birilərinə qarşı çox sayda şəxsi hücumlar etdilər.

Rəy sorğuları Trampın Baydendən geridə olduğunu göstərir, ancaq seçkinin nəticəsini bəlli edəcəyi gözlənilən ştatlarda iki namizəd arasındakı fərq çox cüzidir.

“Bu qədər insanın ölümünə görə məsuliyyət daşıyan insan Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq qalmamalıdır,” Bayden dedi.

Tramp COVID-19 pandemiyasına yanaşmasını müdafiə etdi və pandemiyanın ən pis mərhələsinin artıq geridə qaldığını bildirdi.

Tramp həmçinin vaksinin “həftələr” sonra hazır ola biləcəyini dedi. Bir çox ekspert, o cümlədən administrasiya rəsmiləri vaksinin genişmiqyaslı istifadə üçün 2021-ci ilin ortalarına qədər hazır olmaq ehtimalının aşağı olduğunu söyləyirlər.

COVID-19 pandemiyasına qarşı tədbirlər debatın başlıca mövzularından idi.
COVID-19 pandemiyasına qarşı tədbirlər debatın başlıca mövzularından idi.

Cümə axşamı debatda pandemiyadan sonra namizədlər bir-birilərini xarici hökümətlərlə əlaqələri ilə bağlı ittiham etdilər.

Tramp Bayden və oğlu Hanterin Çin və Ukraynada qeyri-etik əməllərlə məşğul olduqlarına dair ittihamlarını təkrar olaraq dilə gətirdi. Bayden bu ittihamları saxta və etibarsız adlandırdı.

O, ailəsini müdafiə edərək heç bir zaman xarici ölkədən bir sent belə almadığını söylədi və ardınca Trampı amerikalıların diqqətini yayındırmağa çalışmaqda ittiham etdi.

Trampla Bayden arasında sonuncu debat qızğın, lakin nisbətən intizamlı tonda keçdi.
Trampla Bayden arasında sonuncu debat qızğın, lakin nisbətən intizamlı tonda keçdi.

Bayden birbaşa kameraya baxaraq “Onun bu cəfəngiyyatları irəli sürməsinin arxasında bir səbəb var. Məsələ mənim və ya onun ailəsi deyil. Məsələ sizin ailənizdir və sizin ailəniz böyük zərər görür” dedi.

Bayden həmçinin Trampı vergilərini ödəməkdən yayınmaqda günahlandırdı və The New York Times qəzetininin apardığı tədqiqatda Trampın vergi sənədlərində 20 ildən çox demək olar heç bir federal vergi ödəmədiyinə dair məlumatlara istinad etdi.

“Ya vergi sənədlərini açıqla, ya da korrupsiya haqda danışmağı dayandır,” Bayden dedi.

Tramp isə cavab olaraq “milyonlarla” dollar vergi ödədiyini söylədi. O, həmçinin audit bitdiyi zaman vergi sənədlərini açıqlayacağını dedi.

Namizədlər daha sonra sağlamlıq sığortası, Çin siyasəti və irqi münasibətlərlə bağlı sualları cavablandırdılar. Bayden Trampın tarixdəki “ən irqçi prezidentlərdən biri” olduğunu söylədi.

Tramp ona cavab olaraq Baydeni azlıqların həbsinin artmasına gətirib çıxaran 1994-cü ildə qəbul edilən cinayət qanun layihəsinin müəllifi olduğuna görə tənqid etdi. O, həmçinin Abraham Linkolnun 1860-cı illərdə etdikləri istisna olmaqla bütün digər prezidentlərlə müqayisədə qaradərili amerikalılar üçün daha çox iş gördüyünü söylədi.

Bayden Trampın ABŞ Ali Məhkəməsini Baydenin Prezident Barak Obamanın administrasiyası dönəmində vitse-prezient ikən qəbul edilən sağlamlıq sığortası qanunu ləğv etməyə inandırmaq cəhdlərini tənqid etdi.

“İnsanlar əlverişli sağlamlıq sığortasına sahib olmağa layiqdirdlər,” Bayden söylədi.

Tramp bu qanunu yeni və “daha yaxşı” planla əvəzləmək istədiyini dedi.

See all News Updates of the Day

Co Bayden ABŞ-ın 46-cı prezidenti kimi and içir

Çərşənbə günü - yanvarın 20-də Amerikada yeni prezident vəzifəsinin icrasına başlayacaq. Andiçmə mərasimindən öncəki son bir neçə ay mübahisələr və zorakılıqla yadda qalıb. Bəzi amerikalılar Prezident seçilən Co Baydenin qələbəsini qəbul etməkdə çətinlik çəkib.

“Bu ölkənin insanları öz sözlərini dedilər. Onlar bizi aydın inandırıcı qələbə ilə təmin etdilər,” deyə ABŞ prezidenti seçilən Co Bayden seçki nəticələrinin bəlli olmasından sonra açıqlama verdi. .

Buna baxmayaraq Prezident Donald Tramp seçki nəticələrini sual etməyə davam etdi. Onun öz tərəfdarları ilə keçirdiyi mitinq ABŞ Kapitolisinə basqınla nəticələndi.

Hazırda Kapitoli bir qəsrə çevrilib. İnaqurasiya səhnəsi izləyicilərdən çox uzaqda qurulub.

Tədbirin keçiriləcəyi yerin ətrafına çox sayda polis, o cümlədən Milli Qvardiyanın 25 min üzvü yerləşdirilib.

Trampdan fərqli olaraq prezident seçilən Co Bayden təcrübəli siyasətçidir. Tramp isə vəzifəyə gəlmədən öncə biznesmen idi.

“Mən indi heyrətamiz bir şey deyəcəyəm. Mən hökumətin necə işlədiyini bilirəm,” Bayden deyib.

Bayden təxminən 50 ildir vəzifə sahibidir. O, iki müddət prezident Barak Obamanın vitse-prezidenti vəzifəsində çalışıb.

Bundan öncə Delaver seçiciləri onu altı dəfə ABŞ Senatına seçiblər.

Bayden Senata ilk seçiləndən bir ay sonra onun həyat yoldaşı və körpə qızı avtomobil qəzasında həyatlarını itiriblər, iki oğlu isə həmin qəzada yaralanıb.

Senator Bayden oğlanları ilə vaxt keçirmək üçün hər gecə qatarla 90 dəqiqə Vaşinqtondan Delaverə gedib. Vilminqton dəmiryolu stansiyasına onun adı verilib.

Bayden anevrizmalarını müalicə etmək üçün iki dəfə beyin əməliyyatı keçirib. 2015-ci ildə o vitse-prezident olduğu dövrdə oğlu Bo beyin xərçəngindən vəfat edib.

Bayden və universitet professoru olan həyat yoldaşı Cill Delaverin 70 000 əhalisi olan Vilminqton şəhərində yaşayırlar.

Hazırda şəhərin küçələri snayperlər və avto karvanlarla doludur.

Bak Simpers uzun müddətdir bu şəhərin sakinidir.

“Bu heç nəyə mane olmur. Sadəcə bir az səbrli olmaq, eyni zamanda isə qürurlanmaq lazımdır,” o deyib.

Şəhər sakinləri prezident seçilən Co Baydenə milkşeyk və çizsteyk sevən şəhərin doğma övladı kimi baxır. Şəhər sakini Bob Börd Baydeni tez-tez 1967-ci ilə aid kabriolet idman avtomobilini idarə edərkən görürdü.

“Onun köhnə `Corvette`i var və biz Baydeni arada bir onu sürərkən görürdük,” o deyib.

İndi isə ən yaşlı prezident seçilən 78 yaşlı Bayden qarşıda onu gözləyən böyük siyasi sınağa hazırlaşır. Bu, qütbləşmiş ölkəni gələcəyə doğru aparmaqdır.

Tramp yeni administrasiyaya "xoş arzularını" dilədi

AĞ EV – Özünün Oval Ofisdə son tam günündə Prezident Donald Tramp varisi Demokrat Co Baydenə onun adını çəkmədən dualarını və xoş arzularını çatdırıb.

“Bu həftə biz yeni administrasiyanı inaqurasiya edirik və Amerikanı təhlükəsiz və firavan saxlamaq üçün onun uğuruna dua edirik,” Tramp prezidentlik dönəminin bitməsinə 20 saat qalmış internetdə yerləşdirdiyi videoda deyib. “Biz həm də xoş arzularımızı çatdırırıq. Və biz istəyirik ki, onların bəxti gətirsin – çox mühüm sözdür.”

20 dəqiqəlik çıxışında Tramp “dünya tarixində ən möhtəşəm iqtisadiyyat” qurduğunu deyib. O, həmçinin “son onilliklərdə yeni müharibə başlatmamış ilk prezident olması ilə xüsusi iftixar” duyduğunu bildirib.

Ağ Evin YouTube platformasında video-çıxışı açıqladığı anlarda ABŞ-ın 46-cı prezidenti seçilmiş Co Baydenin içərisində olduğu özəl təyyarə Merilend ştatında yerləşən Endryus Birgə Bazasına enib ki, Tramp çərşənbə günü buradan Vaşinqtonu tərk edəcək. Prezident Hava Qüvvələri Bir (Air Force One) təyyarəsində son uçuşunu Florida ştatına edəcək.

Siyasi ənənədən ayrılan Tramp həm ümummilli, həm də elektoral kollegiya səsverməsində qalib gəlmiş Baydenin andiçmə mərasiminə qatılmayacaq. Tramp saxta olaraq səslərin sayılmasında fırıldaqçılığa yol verildiyini bəyan etmiş və Baydeni təbrik etməmişdir.

Vitse Prezident Mayk Pens çərşənbə günü gündüz saat 12-də Baydenin yüksək təhlükəsizlik şəraitində keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi Trampa qarşı ikinci impiçment qərarını bu həftənin sonlarında Senata göndərəcək. Bu addım sonrakı gündə Senatda rəsmi prosesin başlanmasına yol açır.

Demokratların nəzarət etdiyi Nümayəndələr Palatası 10 Respublikaçının da dəstəyi ilə Trampı “üsyana təşviq” ittihamı ilə impiç edib. Bu addım 6 yanvarda prezidentin səsvermənin nəticələrini aradan qaldırmaq üçün mübarizəyə çağırışından az sonra Tramp tərəfdarlarının Kapitoliyə basqın etməsindən sonra atılıb.

ABŞ-ın ilk qadın vitse-prezidenti Kamala Harris

ABŞ-ın ilk qadın vitse-prezidenti Kamala Harris
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Yeni seçilmiş vitse-prezident Kamala Harris tarixə ABŞ-da ilk qadın vitse-prezident olaraq düşüb.

ABŞ-da tarixi bir an ... Kamala Harris "Bu ofisdə ilk qadın olsam da, sonuncu olmayacağam."

56 yaşlı Harris ilk qaradərili və hindistanlı amerikalı qadın olaraq onu ABŞ-ın vitse- prezident vəzifəsinə seçdiklərinə görə prezident seçilmiş Co Baydenə və seçicilərinə təşəkkür edir. Virciniya Universitetindən Barbara Perri: “Ali Məhkəmədə qadınlarımız var. Konqresdə Nümayəndələr Palatasının spikeri Nensi Pelosidir, ancaq hələ prezident demirəm, heç vaxt icraedici hakimiyyətdə bir qadın vitse-prezidentimiz olmayıb. Amma təkcə bu deyil, o həm də bu ölkəyə daha yaxşı həyat üçün gələn mühacir valideynlərin bir övladı olan ağ olmayan qadındər.”

Anası Hindistandan və atası isə Yamaykadan olan Harris Kaliforniyanın Oakland şəhərində anadan olub. Hazırda onun Kaliforniyada uşaq ikən irqi inteqrasiya səyləri çərçivəsində təhsil aldığı Berkeli məktəbinin divarında rəsmi var. Demokrat Barbara Li: "O, bir çox qadın üçün çox səddi qırdı."

Vaşinqton şəhərində afro-amerikalıların təhsil aldığı Hovard Universitetinin məzunu olan Harris 2004-cü ildə San-Fransisco şəhərinin ilk qaradərili prokuroru olur. O, 2010-cu ildə Kaliforniyanın baş prokuroru vəzifəsində çalışmağa başlayır.

Keçən yay "Qaradərililərin Həyatı Mühümdür" etirazları zamanı bəzi proqressivlər Harrisin daha sərt bir prokuror olması, ölüm hökmü ilə bağlı ziddiyyətli mövqelər tutması və qanun pozuntularına görə polisi məsuliyyətə cəlb etməməsindən şikayətlənib.

Harris ilk dəfə tarixə Kaliforniyadan ABŞ Senatına seçildiyi zaman düşüb. Texas Universitetindən Şennon Bou Obrayan: "İnsanların özlərinə bənzəyən insanları hakimiyyətdə görməsi vacibdir."

Özünün xala və ögey ana olaraq rolundan tez-tez danışan Harris Ağ Ev tarixində ikinci centlmen olacaq vəkil Daq Emhofla evlidir. Vitse-prezident kimi ən vacib vəzifəsi zərurət yarandığı təqdirdə prezidenti əvəz etməyə hazır olmaq olsa da, təhlilçilər Harrisin özünün tarixdə ilk rolundan istifadə edə biləcəyini deyir.

Onun Ağ Evdə qlobal rol oynaması anasının vətəni olan Hindistanda təntənə ilə qarşılanıb.

Bayden Dövlət Departamentinə Obama administrasiyasında çalışan diplomatları təyin edir

Prezident seçilən Co Bayden Dövlət Departamentindəki komandasını Obama administrasiyasının sabiq diplomatları və veteranları ilə doldurur və bu, onun Prezident Donald Trampın idarəçiliyi altında dörd il davam edən qeyri-müəyyənlik və gözlənilməzlikdən sonra daha ənənəvi xarici siyasətə geri dönmək istəyinə işarə edir.

Keçid rəsmisi deyib ki, Bayden Vendi Şermanı dövlət katibinin müavini, Viktoriya Nulandı isə dövlət katibiNİN siyasi məsələlər üzrə müavini vəzifəsinə nominasiya etmək niyyətindədir.

Adının açıqlanmasını istəməyən rəsminin sözlərinə görə, onların Baydenin şənbə günü dövlət katibliyinə seçdiyi Antoni Blinkenin heyətində çalışmağa nominasiya etdiyi 11 insan arasında olacağı gözlənilir.

Aşağıda adları sadalanan insanların

- Baydenin Senatda uzun müddətdir köməkçisi Brayan MakKeon dövlət katibinin menecment üzrə müavini vəzifəsində

- Sabiq yüksək vəzifəli diplomatlar Bonni Cenkins və Uzra Zeya dövlət katibinin silahlara nəzarət və demokratiya və insan haqları üzrə müavini vəzifələrində

- Demoktarların xarici siyasət xətti ilə yaxından tanış olan Derek Çollet Dövlət departamentinin müşaviri vəzifəsində

- Siyasi planlaşdırma idarəsinə rəhbər vəzifəsində sabiq BMT rəsmisi Salman Əhməd

- Sabiq dövlət katibi Madelin Olbraytın baş köməkçisi Süzi Corc Blinkenin baş qərardah rəisi vəzifəsində

- Obama administrasiyasının Milli Təhlükəsizlik Şurasının sabiq işçisi və Tramp administrasiyasının ilk günlərində etiraz olaraq istefa edən Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq rəsmisi departamentinin sözçüsü vəzifəsində

- Ağ Evdə calışmaq üçün Konqresi tərk edən Luizianadan olan nümayəndə Sedrik Riçmondun kommunikasiya direktoru Calina Porter Praysın müavini vəzifəsində

Baydenin komandasına qoşulacaqları gözlənilir

Rəsmilər deyib ki, Prays və Porter Dövlət Departamentində gündəlik mətbuat konfransları keçirmək ənənəsini davam etdirmək niyyətindədirlər. Tramp admininstrasiyası altında bu brifinqlər ləğv olunmuşdu.

Bayden vitse-prezident olduğu dövrdə milli təhlükəsizlik müşaviri olan Ceffri Preskot Baydenin BMT-yə səfir vəzifəsinə namizədidir.

ABŞ hüquq-mühafizə orqanları Kapitoli ətrafında təhlükəsizlik tədbirlərini gücləndirir

Yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasiminə bir neçə gün qalmış rəsmi şəxslər paytaxt Vaşinqtonda yükək təhülkəszilik tədbirləri görür. Keçən həftə prezident Donald Tramp tərəftarlarının Kapitoli binasına ölümcül hücumundan sonra bu təntənəli mərasimdə adətən toplaşan böyük izdiham olmayacaq.

Hüquq-mühafizə orqanları Vaşinqtonda və ölkənin bir neçə yerində daha çox şiddətlə müşaiyət olunacaq etirazların keçiriləcəyi barədə xəbərdarlıqlara baxmayaraq 20 yanvar tədbiri zamanı təhlükəsizliyi qoruyacaqlarına əmin olduqlarını bildirirlər.

Milli Qvardiya Bürosunun cümə axşamı verdiyi məlumata görə, hazırda təqribən 7000 əsgər artıq Vaşinqtona yerləşdirilib və daha 21.000 əsgərin də yerləşdirilməsi istiqamətində işlər aparılır.

Milli Qvardiya üzvləri yüzlərlə federal agent və yerli və əyalət polisləri tərəfindən dəstəklənəcək. Dörd il əvvəl Milli Qvardiya Trampın andiçmə mərasimi üçün təxminən 8000 əsgər göndərmişdi.

Gizli Xidmətin direktoru Ceyms Murray vitse-prezident Mayk Pensin keçirdiyi brifinqdə bildirib ki, "Təhlükəsizlik planlaşdımamıza çox güvənirik, lakin buna baxmayaraq həmişə ayıq-sayığıq və öyrəndiklərimizdən faydalanmağa çalışırıq".

Pens isə öz növbəsində Tramp administrasiyasının "nizamlı və etibarlı bir keçid üçün andiçmə mərasiminə sadiq olduğunu" bildirib. "Və Amerika xaqlı bundan daha çoxuna layiqdir" deyə o əlavə edib.

Mayk Pens andiçmə mərasiminə qatılmağı planlaşdırır. Lakin prezident Tramp xələflərinin inaqurasiyalarına qatılmayan çox az sayda prezidentlər sırasına qatılacaq.

Kapitolidəki qarışıqlıqdan sonrakı səkkiz gün ərzində Federal Təhqiqatlar Bürosu (FBI) onlarla şəxsi həbs edib və yaxın günlərdə daha çox həbslərin olunacağını söyləyib. FBI bu günə qədər baş verə biləcək cinayət ittihamları ilə əlaqədar təxminən 200 adamın şəxsiyyətini müəyyənləşdirib və baş prokuror vəzifəsini icra edən Ceffrey Rosen bildirir ki, ictimaiyyət tərəfindən 140 mindən çox gizli məlumat alınıb.

Baydenin andiçmə mərasimi bir çox qurum arasında təhlükəsizlik koordinasiyasını tələb edən milli əhəmiyyətli bir hadisə mənasını verən "milli xüsusi təhlükəsizlik tədbiri" olaraq təyin edilib. Gizli Xidmət bu yüksək səviyyəli təhlükəsizlik səylərinə rəhbərlik edir.

Bayden isə öz növbəsində təhlükəsizliyindən narahat olmadığını deyib. Bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada "andiçmənin açıq havada keçirilməsindən qorxmuram" deyib.

Kapitoli hücumundan sonra polis çərşənbə günündən başlayaraq Vaşinqtonun mərkəzi küçələrini hərəkətə bağlayıb.

Kapitoliyə gedən yollar qapadılıb, ərazi təhlükəsizlik baryerləri və divarlarla əhatələnib.

Murray Kapitoli ətrafında qurulan təhlükəsizlik səddinin perimetirinin çox geniş olduğunu və bunun bir neçə kilometr radiusda sədlərlə qorunduğunu bildirib.

Kapitoli binasının polis xidməti verdiyi açıqlamada bildirib ki, təhlükəsizlik səddlərini pozmağa cəhd göstərən istənilən şəxs "müvafiq qaydada güc tətbiq olunaraq həbs olunacaq".

Daha çox yüklə

XS
SM
MD
LG