Accessibility links

ABŞ Hərbi Dəniz Donanması Liviya üsyançılarına aid neft tankerini saxlayıb


Pentaqon rəsmiləri xəbər verir ki, ABŞ Hərbi Donanması Liviyada üsyançıların nəzarətində olan limandan əldə olunmuş xam neft daşıyan tankeri saxlayıb.

ABŞ Müdafiə Nazirliyindən verilən məlumata görə, bu ayın əvvəllərində üç silahlı liviyalı tərəfindən ələ keçirilən tankerə qarşı həyata keçirilən əməliyyat zamanı xəsarət alan olmayıb.

Yayılan bəyanatda deyilir ki, əməliyyat Liviya və Kipr hökümətinin müraciətindən sonra ABŞ prezidenti Barak Obama tərəfindən təsdiqlənib.

Əməliyyat bazar günü axşam saat 10:00 radələrində Kiprin cənub-şərqində beynəlxalq sularda həyata keçirilib.

Bəyanatda həmçinin hazırda ABŞ hərbi dəniz qüvvələrinin “Səhər Zəfəri” tankerinə nəzarət etdiyi və tankerin yaxın günlərdə Liviya limanına geri göndəriləcəyi deyilir.

“Səhər Zəfəri” tankeri bu ayın əvvəllərində yaraqlı qrup tərəfindən idarə olunan Liviyanın Əs-Sadra limanında neftlə yüklənib.

Tanker Şimali Koreya bayrağı altında hərəkət edib. Ancaq Pxenyan məsuliyyəti öz üzərinə götürməyərək tankerin Misirə bağlı şirkətə aid olduğunu deyib.

Liviya höküməti bildirib ki, onlar xüsusi hərbi qüvvələrə iki həftə ərzində üsyançıların nəzarətində olan bütün limanların hökümətin nəzarətinə keçirilməsi tapşırığı verib.

Ölkədəki qeyri-sabitlik Liviya neftinin ixracatını 80 faizdən çox azaldıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG