Accessibility links

ABŞ Helsinki Komissiyası: Azərbaycan hökuməti Mehmanı və jurnalist həmkarlarını dərhal azad etməlidir


ABŞ Konqresi
ABŞ Konqresi

"Mehman Hüseynova qarşı yeni saxta cinayət işinə xitam verilməsi məmnunluq doğurur. Lakin ölkədə söz azadlığı hələ də kriminallaşdırılmış vəziyyətdədir. Azərbaycan hökuməti Mehmanı və onun jurnalist həmkarlarını dərhal azad etməli, mətbuat azadlığını təmin etməlidir,” ABŞ Helsinki Komissiyasının Twitter hesabında qeyd edilir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.

2018-ci il avqustun 24-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciəti təmin edilməyib. Məhkəmənin qərarını Apellyasiya Məhkəməsi dəhakim Elşad Şamayevin sədrliyi qüvvədə saxlayıb.

​Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

Amerika Milli Mətbuat Mərkəzində bloger Mehman Hüseynov və digər siyasi məhbuslarla bağlı mətbuat konfransı
Amerika Milli Mətbuat Mərkəzində bloger Mehman Hüseynov və digər siyasi məhbuslarla bağlı mətbuat konfransı

Hüseynova qarşı dekabrın 26-da yeni cinayət işi başlanıb. Bu dəfə o, Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirməkdə ittiham edilib. Bloger etiraz olaraq aclıq aksiyası keçirib və onun aclıq aksiyasına geniş ictimai dəstək olub.

Nəhayət yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. Prokurorluğun cinayət işinə xitam verməsi prezident İlham Əliyevin Mehman Hüseynovun yazdığı bildirilən müraciətə dərhal reaksiya verməsindən bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG