Accessibility links

ABŞ iki iranlını casusluqda ittiham edir


Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, bazar ertəsi iki iranlı İranın sürgündə olan qrupu haqqında məlumat toplamaq və ABŞ-da yəhudi təşkilatlarını "gizli izləməklə" Tehranın xeyrinə casusluq etməkdə təqsirli bilinərək saxlanılıb.

Məcid Qorbani və Əhmədrza Məhəmmədi-Dostdar ABŞ-da İsrail və yəhudi təşkilatlarının gizli izlənilməsi və İranda rejiminin devirilməsinə çağıran Xalq Mühacidləri qrupu (Mucahidin-e Xalq (MEK) üzvləri haqqında məlumat toplamaqla günahlandırılırlar.

Bəyanatda bildirilir ki, avqustun 21-i Qorbaninin işi ilə bağlı Vaşinqtonda federal məkhəmədə dinləməsi olub.

ABŞ vəkilləri saxlanılan hər iki şəxsin İran hökuməti adından fəaliyyət göstərdiyini və onların fəaliyyətlərinin amerikalıları təhlükəyə ata biləcəyini bildirib.

"Milli Təhlükəsizlik Şöbəsi Birləşmiş Ştatları ölkəmizdə xarici düşmən ölkələr adından qanunsuz hərəkət edən şəxslərdən qorumaq işinə sadiqdir"- deyə, baş prokurorun köməkçisi Con Demers öz bəyanatında bildirib.

Bəyanata əsasən, Kaliforniyada yaşıyan 59 yaşlı Qorbani və həm İran, həm də ABŞ vətəndaşı olan 38 yaşlı Dostdar ABŞ-a keçən il İran hökümətinin düşmən saydığı insanlar və qurumlar barədə informasiya toplamağa gəliblər.

Onların Çikaqo Universitetinin yaxınlığındakı Yəhudi mərkəzləri olan Hillel House və Rohr Çabad House, Nyu-York şəhərində Xalq Mühacidləri qrupunun yürüşləri və Vaşinqtonda İranda insan hüquqları ilə bağlı təşkil etdiyi iclasları izləyib, şəkil çəkdikləri iddia edilir. Ədliyyə Nazirliyinin bəyanatına əsasən, Qorbani iclas iştirakçıları və çıxış edənlərin şəkillərini çəkib.

Avqustun 9-da saxlanılan hər iki şəxs günahkar tanınarsa, hər biri 35 ilədək həbs cəzası ala bilər.

XS
SM
MD
LG